“İcra başçısının sağ çiynindəki mələk bekarçılıqdan krossvord yazır...” – FACEBOOK-dan SEÇMƏLƏR

“İcra başçısının sağ çiynindəki mələk bekarçılıqdan krossvord yazır...” – FACEBOOK-dan SEÇMƏLƏR Savash.org ötən həftənin ən maraqlı hesab etdiyi facebook statuslarını oxucularına təqdim edir. Beləliklə...

Vusal Mamedov
Gecə bir ağcaqanadı öldürmək üçün yarım saat uğursuz cəhd edəndən sonra anladım ki, hava hücumundan müdafiə nə qədər çətin və məsuliyyətli işdir.

***

Azer Tagi-zade
Dəfn mərasimində.
- Bəs səbəbkar hanı, nəsə gözümə dəymir?

***

Cemil Memmedli
İslama görə, hər insanın çiynində iki mələk oturub, əməllərini yazır. Sol tərəfdə oturan pis əməlləri, sağ tərəfdəki isə yaxşı əməlləri...
Bizim icra başçılarında isə sağ tərəfdəki mələk bekarçılıqdan krossvord yazır, yüz faiz...

***

Kəramət Böyükçöl
Bizim evdə çörəyin çoxu and içməyə gedir. Çörək olmayanda duzla yola veririk, duz olmayanda da qəndlə. Üçü də olmayanda işığa and içirik. İşıq sönəndə isə gözümüz bir-birimizi görmür.

***

Imran Abdin
''Türk olmak zordur, çünkü dünya ile savaşırsın. Türk olmamak daha zordur, çünkü Türk ile savaşırsın.
Fatih Sultan Mehmet

***

Aqşin Yenisey
Biri var idi, biri yox idi, yer üzündə səbrini, təmkinini asqıraqla ölçən bir xalq var idi...))

***

Əminənin Yaləsi
Osmanlı zamanında Sultana xəbər verirlər ki, Misirdə ərəblər əbalarının altından tuman geyinmirlər. Sultan qəzəblənir və oraya qazılarını göndərir ki, gedib, onları cəzalandısın. Qazılar gəlib işə başlayırlar.
Bir gün ərəblərdən birini yaxalayıb mühakimə edirlər.
Qazı:
- Adınız və soyadınız ?
- Əbdülqadir əl Fəttah.
- Neçə uşağınız var?
- Birinci arvaddan 19, ikincidən 26, üçüncüdən 17.
Qazı sonda hökm çıxarır :
- Müttəhim Əbdülqadir əl Fəttahın bəraətinə qərar verilmişdir. Müttəhimin tuman geyməyə macalı olmamışdır.

***

Fərid Azəri
Saytlardan biri Könül Xasıyevanın ölümü ilə bağlı xəbər yayıb, sonra da təkzib edib. Dəhşətlisi bu deyil ey, mətnin sonunda yazılıb ki: "Mövzunu diqqətdə saxlayacağıq". Yaxşı ki, "Əzrayılla danışıqlar aparılır" yazmayıb axmaq...

***

Könül Cəbiyeva
İnsanlar dəyişməz, sadəcə, yalan danismağın yeni yollarını taparlar…

***

Tural Cəfərov
Şəki teatrında Leylinin atasını rolunu oynayan aktyoru rejissor sıxışdırırmış. Axırda aktyor bezib, tamaşadan qabaq rejissora belə deyib: "İndi elçilikdə Leylini Məcnuna verəcəm, girinc qalacaqsan".

***

Nəsimi Şərəfxanlı
Dünyanın hikmətinə bax. Adəmi cənnətdən qovduran buğdanı torpağa basdırırsan cücərir, insanı basdırırsan çürüyür...

***

Intiqam Valehoglu Aliyev
Kim deyər, "Elçilərini göndərməsən məni xalam oğluna verirlər" əvvəl yaranıb, yoxsa "qardaşım bilsə ikimizi də öldürər"?


Topladı: Orxan Həsənli
Tarix: 12-06-2017, 23:22
Xəbəri paylaş





Xəbər lenti