“Oğru dünyası”: Qarabağlı kimi tanınmaq istəyən avtoritetin yolu kəsildi: “Toy” olmayacaq

“Oğru dünyası”: Qarabağlı kimi tanınmaq istəyən avtoritetin yolu kəsildi: “Toy” olmayacaq Kriminal aləmdə yeni üzvlərin “taclandırılmasına” qoyulan qadağanı pozmağa cəhd edənlər olsa da, onların bu cəhdi alınmayıb.

Cebhe.info Rusiya mətbuatına istinadən bildirir ki, hazırda həbsdə olan Kürd Şakronun qoyduğu 2 illik moratoriumu 60 yaşlı "oğru" Artyom Demurov pozmağa cəhd edib. Əvvəl Rostovda, indi isə Karlovı-Varıda yaşayan bu "oğru" kriminal aləmdə daha çox Artyuşa kimi tanınır.

O, öz qohumu, bəzi məlumatlara görə, özünü həm də Qarabağlı kimi tanıdan Surik Rostovskini "taclandırmaq" niyyətinə düşüb. Onun namizədliyini Otari Totoçiya və Vladimir Cibladze dəstəkləyib. Ancaq qısa müddətdə veteran "oğru"nun bu niyyətindən daha çox "oğru" xəbər tutub və məsələ həbsdə olan Kürd Şakroya da çatıb.

Artyuşanı bu addımdan çəkindirənlərdən biri də 44 yaşlı, yezidi kürdü olan Nodar Asoyan olub. O, kriminal aləmdə daha çox Nodar Rustavski kimi tanınır. Rustavidən olan bu "oğru" əvvəllər Rostovda yaşayıb və orda böyük nüfuza malikdir. Kürd Şakro İspaniyadan Rusiyaya qayıtdıqdan sonra Nodar ona yaxın ətrafına daxil olub. Hazırda Nodar Asoyanın Ukrayna ərazisində gizləndiyi bildirilir.
Tarix: 16-06-2017, 10:57
Xəbəri paylaş





Xəbər lenti