91 MİN MANAT MƏNİMSƏYƏN SABİQ VƏZİFƏLİ ŞƏXSƏ ŞƏRTİ CƏZA

91 MİN MANAT MƏNİMSƏYƏN SABİQ VƏZİFƏLİ ŞƏXSƏ ŞƏRTİ CƏZA Mənimsəmədə təqsirləndirilən "Azərbaycan Sənaye Sığorta" ASC-nin Sumqayıt filialının sabiq müdiri Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Siam.az bildirir ki ,Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə C.Əsgərov 7 il azadlıqdan məhrum edilib.

Onun barəsində Cinayət Məcəlləsinin (CM) 70-ci maddəsi tətbiq olunaraq, şərti cəza verilib.

Qeyd edək ki, C.Əsgərov "Azərbaycan Sənaye Sığorta" ASC-nin Sumqayıt filialının sabiq müdiri vəzifəsində çalışıb. O, həmin şirkətdə çalışarkən özgənin əmlakını - 91 min 23 manat pulunu mənimsəmə yolu ilə ələ keçirib. C.Əsgərov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub. Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Məhkəmə istintaqı dövründə C.Əsgərov dəymiş ziyanı ödəyib.
Siam.az
Tarix: 16-06-2017, 17:31
Xəbəri paylaş





Xəbər lenti