Bərdə rayon sakini Azərbaycanın BİRİNCİ XANIMI -ndan kömək istəyir

Bərdə rayon sakini   Azərbaycanın BİRİNCİ XANIMI -ndan kömək istəyir
1. AZƏRBAYCAN RESPUBLİKASININ BİRİNCİ VİTSE-PREZİDENTİ

MEHRİBAN XANIM ƏLİYEVAYA.

2.AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ PROKURORU

CƏNAB ZAKİR QARALOVA.

3.AZƏRBAYCAN RESPUBLİKASININ DAXİLİ İŞLƏR NAZİRİ

CƏNAB RAMİL USUBOVA.

4.BƏRDƏ RAYON PROKURORU CƏNAB FƏXRƏDDİN MƏMMƏDOVA

5. Mətbuat və informasiya vasitələrinə

Bərdə rayon Samux kənd sakinı Çapay Qəzənfər oğlu Sadıqlıdan


Ə R İ Z Ə.

Hörmətli Birinci Xanım Mehriban Əliyeva! Hörmətli Cənablar!

Mən Bərdə rayon Samux kənd bələdiyyəsinin on beş il sədri olmuş Abdullayev Ramil və onun müavini işləmiş Mustafayev Kərəmin saxta və qanunsuz əməllərindən, dəfələrlə, Bərdə rayon prokurorluğuna və polis şöbösinə şikayət ərizələri ilə müraciət etmişəm. Hər iki hüquq mühafizə orqanında ərizə və şikayətlərimə çox pis baxılmış, ədalətli araşdırma aparılmamış və saxtakarların çirkli əməlləri ört-bastır edilmişdir. Bu məsələdə Bərdə RPŞ daha öndədir.

22.09.2014-cü il tarixdə Bərdə rayon Prokurorluğuna ünvanladığım ərizəmə düzgün baxılmadı. Əgər həmin ərizəyə güzgün baxılsaydı Ramil və Kərəmin tamahkarlıqla həyata keçirilən saxta əməllərinə son qoyulardı.

Həmin ərizəmdə qeyd etmişdim ki, Abdullayev Ramil on beşinci ildir ki, Bərdə rayonu, Samux kənd bələdiyyənin sədri olmuşdur. Bu on beş ildə Ramilin və Kərəmim əsas işi torpaq satmaq,bələdiyyə torpaqları və həyətyanı torpaq sahələrindən toplanan torpaq vergisi pullarını mənimsəmək, hər il, buğda və digər əkinlər üçün verilən subsidiyanın bir hissəsini, hansı yolla olursa olsun, ələ keçirmək, pulunu və sərvətini artırmaq olmuşdur. Təkcə 2013-ildə bələdiyyə fonduna yıgılmış torpaq vergisindən altmış bir min manat mənimsədiyini, ondan narazı qalan bələdiyyə üzvləri kəndə yaymışlar.Hər il əkin sahələrini sünii şəkildə artırmaqla, dövlət tərəfindən əkinçilərə verilən subsidiyadan, həyətyanı torpaq sahələri paylamaqdan xeyli (miqdarını söyləmək çox çətindir) pul toplanmışlar. Bu adamlarda pula hərislik o qədər yüksəkdir ki, ən adi şeylərdən belə, pul almaqdan çəkinmirdilər. Ramil bələdiyyənin qərarı ilə birinə verilmiş torpaq sahəsinin bir hissəsini saxta müqavilə ilə başqalarına verməklə xeyli pul mənimsəmişdir. Bu saxtakar bələdiyyə sədri və onun müavini 2006-ildən sonra bir neçə kənd sakininə, pensiya almaq üçün, saxta əmək kitabçası vermişlər, həmin adamların əmək stajları və pul gəlirləri sünii şəkildə, tamah məqsədi ilə, artırılmışdır. Belə əmək kitabçalarında kitabçaların verilmə tarixi 2006-cı ildən əvvəlki illər göstərilmiş və 2006-cı ildə ləğv edilmiş Bərdə rayon Samux Elit Toxumçuluq Müəssisəsinin möhürü ilə təsdiqləmişdir. Həmin sənədlərə 2006 ilə qədər Bərdə rayon Samux kolxozunun sədri işləmiş Ramilin atası Abdullayev Rafiqin saxta imzaları çəkilmişdir. Ramil atasının imzasını o qədər ustalıqla çəkə bilir ki, hənin imzaların saxtalığını adi gözlə müəyyən etmək çox çətindir, bəlkə də, mümkün deyildir. Bu yolla həm vətəndaşların, həm də dövlətin pulları talanmışdır. Belə çirkin işlərdə onlara mühasib Əhmədov Raqub yardımçı olmuşdur.

Maraqlıdır, ləğv edilmiş müəssisənin möhür və ştampını “qoçaq” bələdiyyə sədri və onun müavini necə əldə saxlamışlar? 2000-2010-cu illərdə bələdiyyə sədrinin müavini işləmiş,2006-cı ildə torpaq islahatını xeyli saxtalaşdırmaqla “sona çatdıran” Aqrar İslahat komissiyasının sədri Mustafayev Kərəm həmin möhür və ştampın özlərində qalmasına necə nail olmuşdur? Axı, saxtakarlıqla da olsa, islahat başa çatdıqdan sonra, həmin möhür və ştamp Bərdə rayon İcra Hakimiyyətinə təhvil verilməli və orada ləğv edilməli idi.

Bələdiyyədən istifadəyə götürdüyüm torpaqda öz vəsaitim hesabına salınmış iki hektar meyvə bağım olan sahəsinin mənə pay torpağı kimi verilməsi də qanunsuzdur. Daha böyük qanunsuzluqalrdan biri də bələdiyyə üzvlərinin aqrar islahat aparması olmuşdur.Bu qanun pozuntusunun başında məhz bələdiyyə sədri durmuşdur.Bu az imiş kimi mənim bütün əkinlərimi, xüsusən yay aylarında, susuzluqdan yandırmaq üçün bizim sahəyə su gətirən beton arxı iki yerdən, illər öncə dağıtmış,suyu şor kanala axıtmısdır. Həmin dağıntılar hələ də qalmaqdadır. Bu gün də həmin arxdan istifadə etmək mümkün deyildir və bir çox torpaq sahələri hələdə sudan korluq çəkir və əkinlərimizi sor sularla suvarmaq məcburiyyərindəyik.Beləcə mənin təsərrüfatım məhv olmuş və mənə xeyli maddi və mənəvi ziyan dəymişdir. Aidiyyəti üzrə olan bütün şikayətlərim isə bir nəticə verməmişdir.

Əlbəttə,R.Abdullayevin və K. Mustafayevin saxta və qanunsuz əməllərinin hamısını bir ərizədə göstərmək mümkün deyildir.

Hörmətli Xanım Mehriban Əliueva və Cənablar! Bu gün də ləğv olunmuş həmin Elit Toxumçuluq müəssisənin möhür və ştampı Mustafayev Kərəmdədir və istədiyi kimi istifadə edir.

Əvəllər olduğu kimi, indi də ərizəmə mənim iştirakımla baxılmasını tələb edirəm.

Ümidvaram ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin kənd təsərrüfatınin inkişafı ilə əlaqədar qərar və sərəncamların qəbul edildiyi bir vaxtda Abdullayev Ramil və Mustafayev Kərəm haqqında müvafiq tədbirlər görüləcəkdir.

İmza: Sadıqlı Ç.Q

Əlaqə telefonu: 050 640 56 00 ; 055 462 33 12. 18.06.2017.

Siam.az
Tarix: 20-06-2017, 03:28
Xəbəri paylaş





Xəbər lenti