“Qanuni oğru”lar bu ölkəni öz aralarında bölüşdürdü: Milyonlar artıq onların nəzarətində

“Qanuni oğru”lar bu ölkəni öz aralarında bölüşdürdü: Milyonlar artıq onların nəzarətində Rusiyanı tərk edərək başqa xarici ölkələrə üz tutan oğurlar getdikləri ölkədə kriminal fəaliyyəti getdikcə genişləndirir. Cebhe.info xəbər verir ki, "qanuni oğru"lar son illər toplaşdıqları Yunanıstanda hazırda söz sahibi olmaqdadır. İtaliyada nəşr olunan "La Stampa" qəzetinin yazdığına görə, xarici mafiya artıq Yunanıstandakı mühüm iqtisadi sektorları ələ keçirib. Xüsusilə Afinada artıq iqtisadiyyatdakı mühüm sahələrin "oğru"ların nəzarətində olduğu iddiası var. "Oğru"ların kifayət qədər maddi vəsaiti var və bu, onlara iqtisadiyyata təsir imkanları verir. Mənbə bilirib ki, hazırda Yunanıstan 100-ə yaxın "oğru"nun təsiri altındadır. Hər bir "oğru"nun ətrafında 10-12 nəfərlik qrup var və bu hesabla ölkədə sayı mindən artıq olan "quldur dəstəsi" fəaliyyət göstərir. Hazırda Yunanıstanda 400 minə yaxın Gürcüstan əsilli vətəndaşın yaşadığı deyilir ki, onların da böyük əksəriyyəti Osmanlı İmperiyasından ötən əsrin əvvəllərində əvvəlcə Gürcüstana, ordan isə Yunanıstana köçənlərdir. Bu sayın artmasına SSRİ-nin dağılması faktoru da təsir edib. M.Saakaşvilinin "oğru"lara qarşı müharibə elan etməsi ölkəni tərk edən “kriminal general”ların və yaxın ətrafının sayını artırıb. "La Stampa"nın yazdığına görə, "qanuni oğru"lar ın planı Yunanıstanı kokainin Avropaya ötürülməsində əsas mərkəz halına gətirməkdir. Təkcə 2016-cı ilin bir ayı ərzində bu ölkədə 3,5 ton narkotik maddə tutulub.
Tarix: 22-06-2017, 15:21
Xəbəri paylaş





Xəbər lenti