Metropolitenin azı 500 işçisi ixtisar olunacaq – ƏMR

Metropolitenin azı 500 işçisi ixtisar olunacaq – ƏMR İki Tunel və Əsaslı Tikinti dəstəsi ləğv olunur


“Bakı Metropoliteni” QSC-də yeni ixtisarlar gözlənilir. Bu barədə redaksiyamıza məlumat daxil olub. Bildirilir ki, bu yaxınlarda “Bakı Metropoliteni” QSC-nin sədri əmr imzalayıb. Həmin əmrin surəti də redaksiyamıza göndərilib. Əmrin 3-cü bəndində açıq-aşkar “ixtisar olunmaq” sözü yazılıb.
Metropolitenin azı 500 işçisi ixtisar olunacaq – ƏMR



Əmrə əsasən yaradılacaq yeni strukturun sxemində 1 saylı və 2 saylı Tunel və Əsaslı Tikinti dəstəsi yaradılması gözlənilir. Hazırda isə 4 Tunel və Əsaslı Tikinti dəstəsi mövcuddur. Deməli, əmrə əsasən 2 Tunel Tikinti dəstəsi ləğv olur, yalnız ikisi qalır.

“Hər Tunel Tikinti Dəstəsində 200-300 adam işləyir. Deməli təkcə Tunel və Əsaslı Tikinti Dəstəsindən orta hesabla 500 adam ixtisar olunacaq. Bu ixtisarların tam həcmi deyil. Ola bilsin ki, yeni ixtisarlar da baş versin”, – deyə mənbə bildirib.

Siam.az
Tarix: 24-06-2017, 05:18
Xəbəri paylaş





Xəbər lenti