Sosial şəbəkələrdə miqrasiya və viza fırıldağı - DİQQƏTLİ OLUN! - VİDEO

Sosial şəbəkələrdə miqrasiya və viza fırıldağı - DİQQƏTLİ OLUN! - VİDEO Bəzi miqrasiya və viza dəstəyi şirkətləri sosial şəbəkələr vasitəsi ilə insanları aldadır. Xezerxeber.az-ın məlumatına görə, Facebook sosail şəbəkəsində fəaliyyət göstərən ''Kanada və Avropaya miqrasiya və viza dəstəyi'' adlı səhifədə qeyd edilib ki, ''2 il əvvəl Hollandiyaya miqrasiya etdiyimiz Emin Məhərrəmov artıq Hollandiyada öz biznesini qurub''.
Səhifəni işlədənlər güya restoranın açılışından olan bir şəkilidə paylaşıb. Həmin şəkil araşdırıldıqda isə məlum olur ki, bu şəkil Özcan Kara adlı bir türk vətəndaşının Hollandiya yox, Almaniyada, Frankfurtda fəaliyyətə başlayan "Mola Frankfurt” adlı kafesinin açılışda çəkilib və internetdə paylaşılıb. Yəni Hollandiyada şəxsi biznes açmış azərbaycanlı immiqrant Emin Məhərrəmov adlı şəxs yoxdur. Ekspertlər də qeyd edir ki, müxtəlif vədlərlə insanlar aldadılır, müştər isə yalnız söz verilən ölkəyə getdikdən sonra aldadıldığını başa düşür. Belə hallara qarşı vətəndaşlar diqqətli olmalıdır. Vətəndaşlar müraciət etdikləri şirkətlərin hansı sənədlər əsasında xidmət göstərməsinədə diqqət etməlidir. Çünki uğursuz miqrasiya onu edən şəxs üçün böyük problemlər aça hətta həyatı bahasınada başa gələ bilər. Aldadılan müştərilər isə bu barədə hüquq mühafizə orqanlarına və məhəkəmələrə müraciət edə bilərlər. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Tarix: 30-06-2017, 23:54
Xəbəri paylaş





Xəbər lenti