Ölkə yas içində - Fəvvarələr meydanında isə konsert gedir – FOTO

Ölkə yas içində - Fəvvarələr meydanında isə konsert gedir – FOTO İyulun 4-ü saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri – 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.Bütün ölkə əhalisi 18 aylıq Zəhraya görə yasa boğulub.

Musavat.com-un verdiyi xəbərə görə, hazırda “Tarqovı” kimi tanınan Bakının Nizami küçəsində caz konserti təşkil edilib.
Konsert öz axarı ilə davam edir.
Tarix: 6-07-2017, 00:17
Xəbəri paylaş





Xəbər lenti