"Zəncir çeynəyən igidlərimizi döyüşə buraxmaq lazımdır" - Ali Baş Komandana müraciət...

"Zəncir çeynəyən igidlərimizi döyüşə buraxmaq lazımdır" - Ali Baş Komandana müraciət... "Mən, Vahid Mustafayev, Döyüşə hazıram, Cənab Ali Baş Komandan!"

Moderator.az-ın məlumatına görə, bunu ANS Şirkətlər qrupunun prezidenti öz "Facebook" səhifəsində yazıb.


"Zəhra Quliyevaya qarşı terror əməliyyatının dərin mənası var. Son vaxtlar bir çox statuslar oxuyuram və hamı kimi mən də bu körpəmizin taleyi ilə barışa bilmirəm. Amma eyni zamanda yaxşı anlayıram ki, bu zərbə Zəhra və onun ailəsinə yox, bu zərbə Azərbaycanımızın Gələcəyini hədəf götürən zərbədir.

XX əsrin əvvəlindən başlayaraq - İrəvan Xanlığı, Zəngəzur mahalı, Ermənistandakı Azərbaycan anklavları, Dağlıq Qarabağ və ətraf rayonlarının bir hissəsi, 10 minlərlə Şəhid və Qurbanlar... və Zəhranı itirdik...

Artıq reallığı dərk etmək vaxtıdır! Zəncir çeynəyən igidlərimizi buraxmaq lazımdır döyüşə - düşmənin dişlərini tökək qarnına. Heç bir problem yoxdur - Biz Qarabağa ölmək üçün yox, Öldürmək üçün getməliyik - uşaqları, qadınları, qocaları yox - Ermənistan ordusunun hər nəfəs alan canlısını məhv etməliyik ki, HAMI BİRDƏFƏLİK HİSS ETSİN AZƏRBAYCAN XALQININ QƏZƏBİNİ! VƏ BU MƏSƏLƏDƏ MİLLƏTİ VARLI VƏ KASIB BALASINA BÖLMƏK OLMAZ - BURDA MİLLƏTİN YALNIZ NAMUS VƏ BİNAMUS SEÇİMİ OLA BİLƏR. SEÇİMİNİZİ EDİN!

MƏN, VAHİD MUSTAFA YEV, DÖYÜŞƏ HAZIRAM, CƏNAB ALİ BAŞ KOMANDAN!

Lakin Sərəncamda olanlar da əli qoynunda dayanmamalıdır! Hər bir Azərbaycanlı öz imkanları daxilində hərəkət etməlidir.
Xarici təşkilatlara müraciət və etirazlarla yanaşı, bu hadisənin yaddaşımızdan silinməməsi üçün çalışmalıyıq!"

Müxtəlif milliyyətlərdən olan və müxtəlif ölkələrdə yaşayan azərbaycanlilar - Gündüz Süleymanov, Rasim Müzəffərli, Stas kalaşnikov, Yaşar Baxış, Rafiq Vəlimətov, İsgəndər Ələsgərov, Pavel Bulak, Elşən Əhmədov, Teymur Nadir, Vladimir Persan, Elşən Bağırov, Vahid Mustafa yev TƏQDİM EDİRLƏR:
Tarix: 7-07-2017, 21:56
Xəbəri paylaş





Xəbər lenti