Kamil “özünü reklam edir” deyənlərə cavab verdi

Kamil “özünü reklam edir” deyənlərə cavab verdi Müğənni Gülay Zeynallının həyat yoldaşı, idmançi Kamil Zeynallı Ermənistan silahlı qüvvələri tərəfindən öldürülən18 aylıq Zəhranın qəbrini ziyarət edərkən çəkilən fotolarını paylaşdığı üçün onu qınayanlara cavab verib.
Musavat.com xəbər verir ki, fikirlərini sosial şəbəkədə bölüşən Zeynallı “özünü reklam edir” ittihamlarının əsassız olduğunu bildirib:
“Bu yer Zəhranın nənəsinin nəvəsini qapı ağzına gəzməyə çıxardığı və şəhid olduğu yerdir. Evlərinin qarşısı… And içirəm ki, şəkilləri və videonu paylaşmaqda məqsədim dənizə, hovuzda istirahətə vaxt ayıranlara mesaj vermək olub. Demək istəmişəm ki, o 5-6 saatı imkan tapıb Zəhranın ailəsinə ayırın. Mən Zəhranın atası kimi qız atasıyam. Bu dərdi ən çox valideyn olan şəxslər anlayar. And olsun yaradana ürəyim sızlayıb deyə gəlmişəm. “özünü reklam edir” deyənlərin ata-anası 100 faiz ermənidir. Mənim reklama ehtiyacım yoxdur. Özünü efirdə reklam edənlərdən çox reklamım var. Qızımın canına and içirəm ki, adəcə Azərbaycan vətəndaşı olaraq, öz borcumu yerinə yetirdim. Oraya getmək öz içimdən gələn valideyn duyğusudur. Şou-biznesin 70 faizi Füzulidəndir. Niyə heç kim Füzuliyə gəlib Zəhranın qəbrini ziyarət etmir?…”
Qeyd edək ki, Zəhranın dəfn mərasimindən fotolar paylaşdığı üçün K. Zeynallı neçə gündür ki, sosial şəbəkədə tənqid olunur.
Siam.az
Tarix: 9-07-2017, 21:28
Xəbəri paylaş





Xəbər lenti