Dubayda oğurlanıb Bakıya gətirilən azyaşlının işində yeni gəlişmə

Dubayda oğurlanıb Bakıya gətirilən azyaşlının işində yeni gəlişmə Ali Məhkəmə Ceyla Bağırovanın ölkədən çıxarılmasını yasaqladı; nümayəndə Azərbaycan XİN-in rəhbərliyinə çağırış etdi


Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay Əmirliyində bank sektorunda çalışan Qırğızıstan vətəndaşı Merim Beishekeyeva Azərbaycan vətəndaşı Davud Bağırovu onun azyaşlı övladını oğurlamaqda ittiham edir. Merim Beishekeyeva 2017-ci ilin fevralında Bakıda olub, övladının oğurlanması ilə bağlı ölkə başçısına, baş prokurora, Milli Məclisin sədrinə, ombudsmana AQUP DK-nın sədri Hicran Hüseynovaya müraciətlər ünvanlayıb.



Merim Beishekiyevanın nümayəndəsi Abdulla Əfəndizadə deyir ki, hazırda Azərbaycanda iş üzrə bir neçə iddia qaldırıblar. Eyni zamanda BƏƏ-nin müvafiq qurumlarında da müraciətləri araşdırılmaqdadır. Azərbaycan məhkəmələrində həmin iddialar üzrə proseslər olduqca ləng və qanun pozuntularına yol verilməklə aparılır. Sonuncu belə proses bir neçə gün əvvəl Ali Məhkəmədə yekunlaşıb. Nümayəndənin sözlərinə görə, 1 saylı İnzibati İqtisad Məhkəməsinə azyaşlı Dubayda oğurlanan Ceyla Bağırovanın adına Azərbaycanda 2012-ci ildə verilmiş doğum şəhadətnaməsinin etibarsız sayılmasına dair iddia veriblər. Məhkəmələrin getdiyi bir vaxtda məlumat alıblar ki, azyaşlını bu dəfə Azərbaycandan çıxararaq başqa bir ölkəyə qaçırılacağı haqda məlumat alıblar. Odur ki, A.Əfəndizadə M.Beishekiyevanın D.Bağırova qarşı 8 fevral 2017-ci ildə Səbayel Rayon Məhkəməsinə təqdim etdiyi “pozulmuş valideynlik hüquqlarının bərpası, uşaqla ünsiyyət hüququnun tanınmasına və uşağın valideynin yanında qalmasına” dair iddiaya azyaşlının Azərbaycandan kənara çıxmasına qadağa qoyulması haqda ərizə əlavə edib.


Ali Məhkəmə C.Bağırovanın ölkədən çıxarılmasını yasaqlayıb.


A.Əfəndizadə deyir ki, 10 may 2017-ci ildə Xarici İşlər Nazirliyinə sorğu ilə müraciət edib. Sorğusunda C.Bağırovanının ötən ilin 3 oktyabrında Dubayda oğurlanaraq İstanbula aparılandan sonra oradan Azərbaycana hansı sənədlərlə gətirməsinə aydınlıq gətirilməsini istəyib. Nümayəndə deyir ki, XİN-dən bu günə qədər sorğusuna cavab verilməyib.


A.Əfəndizadə güman edir ki, həmin vaxt C.Bağırova ölkəyə saxta sənədlərlə gətirilib və XİN buna görə sorğuya cavab verməkdən yayınır.


“Ceyla Bağırova ABŞ vətəndaşıdır. Ceyla Bağırovanın faktiki olaraq oğurlanaraq Azərbaycana gətirilməsi ortalıqdadır. Bu, gec-tez sübuta yetiriləcək. Azərbaycanın Xarici İşlər Nazirliyinin rəhbərliyi yol verməməlidir ki, gələcəkdə qurumun adı uşaq oğurluğu cinayətinə qarışsın” deyə A.Əfəndizadə bildirib.


Qeyd edib ki, məhkəmələr getdiyi bir vaxtda M.Beishekiyevanın əxlaqsız olması görüntüsünün yaradılması üçün olduqca biabırçı kampaniya aparılır: “Merim Beishekiyeva ailə tərbiyəsi görmüş, yaxşı təhsil almış, savadlı bir qadındır. Onun anası vaxtilə Qırğızıstanın Mərkəzi Komitəsində, sonradan Prezident Administrasiyasında məsul vəzifələrdə çalışıb. Ona əxlaqsız damğası vurmaq üçün övladı oğurlanmazdan çox əvvəl də məqsədli iş aparılmışdı. Davud Bağırov Dubayda Zarina Jakşinbayeva adlı bir qadından Merim Beishekiyevaya qarşı istifadə etmişdi. Lakin Merim Beishekiyevanın əxlaqlı olması, ailə ehkamlarına sədaqəti onu Zarina Jakşinbayevanın əli ilə qurulan tələdən xilas etmişdi. Davud Əfəndizadə Bakıda mənimlə görüşəndə bir video göstərmişdi. Həmin videoda Merimlə Zarina Jakşinbayevanın söhbəti vardı. Zarina Merimə təklif edirdi ki, tanışı olan indusla saatı 1000 dollara yaxınlıq etsin. Merim isə bundan imtina edirdi. Bunu bilə-bilə əxlaqlı bir qadına şər atmaq böyük günahdır. Onun qızının əlindən alınması, oğurlanaraq Bakıya qaçırılması da əxlaqlı olub vaxtilə Davud Əfəndizadə ilə yaşanan problemləri qabartmaması üzündən baş verib. İndi də Qırğızıstanda Aysel Mamırova adlı əxlaqsız qadının əli ilə Merim Beishekiyevaya qarşı şər-böhtan kampaniyası aparılır. Bütün bunlar nəticə verməyəcək. Ona görə ki, Merim Beishekiyeva əxlaqsız deyil. Ona qarşı kampaniyada iştirak edənlər, həmin kampaniyaya pullar xərcləyib aparanların əxlaqları haqda isə bunları demək olmaz. Mən Azərbaycanda bu işə qol qoyan hər bir vəzifəli şəxsi, hakimi vicdanlı, əxlaqlı bir qadına qarşı kampaniyada iştirak etməkdən vaz keçməyə çağırıram”.


E.HÜSEYNOV
Tarix: 15-07-2017, 08:47
Xəbəri paylaş





Xəbər lenti