Lotu Qulidən azərbaycanlılara “jest”: “Onlar da əllərində silah Qulini qorumağa hazırdırlar”

Lotu Qulidən azərbaycanlılara “jest”: “Onlar da əllərində silah Qulini qorumağa hazırdırlar” Kriminal aləmdə sular durulmur. Bu dəfə “oğru aləmi”nin yeni üzvlər hesabına genişlənməsinin qarşısı alınıb. “Konvensiya”nın pozan isə çeçen “qanuni oğru” Hüseyn Əhmədov olub.

Cebhe.info Rusiya mətbuatına istinadən bildirir ki, növbəti ad günü ərəfəsində Heseyn Əhmədov “ailə”yə birdən-birə 2 yeni üzv qəbul etdirmək istəyib: İlyuxa Qaqauz və Məmmədqulu Muxtarov (Hikmət Sabirabadlının qohumu).


Ancaq onun bu planlarına Bakıdakı 8 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Lotu Quli ləqəbli Nadir Səlifov mane olub. Ömrünün son 22 ilini həbsdə keçirməsinə baxmayaraq Lotu Quli dünyanın hər yerində keçirilən “sxodka”lara müdaxilə etmək imkanına malikdir. Mənbənin məlumatına görə, Lotu Qulinin qəzəbləndirən Şakro Molodoyun “oğru aləmi”nə yeni üzvlərin qəbulu ilə bağlı qoyduğu moratoriumun pozulması olmayıb. Lotu Qulini Əhmədin azərbaycanlı “oğru”nu onun icazəsi olmadan “oğru aləmi”nə qəbul etdirmək cəhdi olub. Yəni Lotu Quli azərbaycanlının taleyinin Əhməd tərəfindən həll edilməsilə razılaşmayıb. Mənbə bildirir ki, azərbaycanlı “oğrulara” toxunmadıqca Lotu Quli ümumi məsələlərə müdaxilə etmir. Quli bütün azərbaycanlıları öz ailəsinin üzvü hesab edir, yaxud onları dost bilir və qarşılığını alır. Lotu Qulinin tərəfdarları da etiraf edir ki, hazırda bazarlarda işləyən hər bir azərbaycanlı lazım gələrsə, Qulini əlində silah qorumağa hazırdır. O da sirr deyil ki, Quli qətlə yetirilən azərbycanlı “oğru” Rövşən Lənkəranskinin mirasına da heç kəsi yaxın buraxmayıb. Baxmayaraq ki, bu mirasa Canqveladze, Hüseyn kimi nüfuzlu şəxslər iddia edib. Hüseyn hətta ömrünün son aylarında Rövşənlə xüsusilə yaxın olub. Bu dostluğa baxmayaraq, Lotu Qulinin Hüseynə düşmən olmadığı da vurğulanır. “Hüseyn isə görünür hələ də azərbaycanlılarla bağlı məsələlərin Qulisiz həll edilmədiyini bilmir”- deyə Rusiya mətbuatı yazır.


Tarix: 18-07-2017, 08:05
Xəbəri paylaş





Xəbər lenti