Bakıda idarə rəisi ağac kəsdirən biznesmendən polisə şikayət etdi - SƏBƏB

Bakıda idarə rəisi ağac kəsdirən  biznesmendən polisə şikayət etdi - SƏBƏB Bakıda daha bir ağackəsmə faktı ilə bağlı polisə məlumat daxil olub. Lent.az xəbər verir ki, Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfat Birliyinin Bitkilərin Mühafizəsi Şöbəsinin rəisi Orxan Məmmədov məsələ ilə bağlı polisə müraciət edib. Şöbə rəisi bildirib ki, Binəqədi rayonu Ş.Məmmədova küçəsi 50 ünvanında yerləşən “Dadlı Məkan” restoranının sahibi İlqar Məmmədovun göstərişi ilə oradakı iki iri ağac kəsilərək məhv edilib.

Müraciət əsasında araşdırma aparılır.
Tarix: 18-07-2017, 16:34
Xəbəri paylaş





Xəbər lenti