Rusiya bu 3 azərbaycanlı “qanuni oğru”nu axtarır: Göründükləri yerdə... - FOTO

Rusiya bu 3 azərbaycanlı “qanuni oğru”nu axtarır: Göründükləri yerdə... - FOTO Hazırda kriminal aləmdə “qanuni oğru” statusu olan 432 nəfərdən 312 nəfəri azadlıqdadır. 120 nəfər həbsdə, 28 nəfər istintaq altında, 15 nəfər isə axtarışdadır.

Cebhe.info Rusiya mətbuatına istinadən xəbər verir ki, axtarışda olan "qanuni oğru"lar arasında azərbaycanlılar da var.

Bunlar Əmirov Rafet Əlirza oğludur. Kriminal aləmdə Rafet Əli-Bayramlinski kimi tanınır. 1979-cu il təvəllüdlüdür, 2014-cü ildə "taclandırılıb". Bəzi məlumatlara görə, 1 il sonra statusu geri alınıb. Ancaq bu məlumatı özü inkar edir.



Axtarışda olduğu deyilən digər azərbaycanlı "qanuni oğru" Əliyev Yusif Nurəddin oğludur. Ləqəbi Yusif Şamxorskidir.



1971-ci ildə Şəmkirdə doğulub.2008-ci ildə Moskvada status alıb. Axtarışdakı üçüncü "qanuni oğru" İsmayılov Rəşad Məmməd oğludur. 1978-ci ildə Gəncədə doğulub və 2013-cü ildə Moskvada "taclandırılıb".



Qeyd edək ki, hazırda axtarışda olan 15 "qanuni oğru" arasında Bakı ermənisi də var. Bu, Artur Qəribyandır. 1974-cü ildə Bakıda doğulan "oğru" 2001-ci ildən status alıb.

Cebhe.info
Tarix: 28-07-2017, 14:47
Xəbəri paylaş





Xəbər lenti