Məleykə Abbaszadə yenidən hədəfdə

Məleykə Abbaszadə yenidən hədəfdə Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə yenidən gündəmin əsas müzakirə mövzusuna çevrilə və bunun nəticəsi olaraq hətta vəzifəsini itirə bilər.

Məleykə Abbaszadənin keçmiş işçisi Elnur Nağızadənin yaxın vaxtlarda DİM sədri barədə şok faktlar açıqlayacağı barədə məlumatların yayılması belə deməyə əsas verir.



Qeyd edək ki, Elnur Nağızadə 10 il Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) çalışıb. Adıçəkilən qurumda sonuncu vəzifəsi mətbuat xidmətinin rəhbəri olub. 2016-cı ildə tutduğu vəzifədən azad edilib. Həmin vaxt TQDK-nın yaydığı məlumatda bildirilirdi ki, Elnur Nağızadə səhhətindəki problemlərlə əlaqədar öz ərizəsi ilə işdən çıxarılıb. Sonrada məlumat yayılıdı ki, ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək külli miqdarda vəsaitini ələ keçirdiyinə görə Elnur Nağızadə barəsində cinayət işi başlanıb. Onun işdən çıxarılması da bununla bağlı olub. Məleykə Abbaszadə belə bir təhlükədən duyuq düşərək Elnur Nağızadəni işdən çıxarıb. O isə öz növbəsində ölkəsini tərk edib.

Elnur Nağızadə barədə bu məlumat yayılandan sonra onun əmisi açıqlama verərək qardaşı oğlunun heç bir günahı olmadığını bəyan edərək baş verənlərdə Məleykə Abbaszadəni suçladı. Hətta o, Elnur Nağızadənin “yox”a çıxarıldığını iddia etdi. Keçmiş mətbuat katibinin əmisi məbuat konfransı keçirərək bütün təfərrüatları açıqlayacağını vəd etsə də, bu baş vermədi.

Güman edilirdi ki, Məleykə Abbaszadə həmin vaxt Elnur Nağızadənin əmisini susurmaq üçün ona hansısa vədlər verib.

Görünür, DİM sədri verdiyi vədi yerinə yetirmədiyi üçün bu dəfə Elnur Nağızadə danışacağını bəyan edib.

İddialara görə, Nağızadə barəsindəki cinayət işinin ləğvini və təhlükəsiz şəkildə ölkəyə dönüşünün təmin olunmasını tələb edir.
İndiki həssas dönəmdə Məleykə Abbaszadə barədə Elnur Nağızadənin açıqlayacağı faktlar DİM sədrinə ciddi zərbə ola bilər. Yuxarıda qeyd etdiyimiz kimi Məleykə Abbaszadənin hətta karyerası ilə vidalaşmaq məcburiyyətində qalması mümkündür.

Bəzi mülahizlərə görə, bu qalmaqalın yenidən gündəmə gəlməsi hakim komanda daxilindəki ziddiyyətlərin də təzahürü sayıla bilər. Bu halda Məleykə Abbaszadənin təmsil olunduğu qruplaşmanın da zərbə altında qalacağını söyləmək olar.
Tarix: 1-08-2017, 09:12
Xəbəri paylaş





Xəbər lenti