“Duzlu göl”ün ətrafı özəlləşdirildi: "Sabah 47 ailənin çörəyinə bais olacaqlar" FOTOLAR

“Duzlu göl”ün ətrafı özəlləşdirildi: "Sabah 47 ailənin çörəyinə bais olacaqlar" FOTOLAR Hövsan qəsəbəsində yerləşən “Duzlu göl”ün ətrafındakı obyektlərin sökülməsi məsələsi getdikcə ciddiləşir. Obyekt sahibləri ilə ərazinin yeni mülkiyyətçiləri arasında qalmaqal davam edir.

Musavat.com xəbər verir ki, sabah gölün ətrafında olan obyektlərin sökülməsi nəzərdə tutulub. Sakinlər bildirirlər ki, bu gün günorta saatlarında əraziyə Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndələri və polis əməkdaşları gələrək, onlardan ərazini tərk etmələrini tələb ediblər. Çıxmayacaqları təqdirdə isə zor tətbiq ediləcəyi ilə hədələyiblər.


Söküntü işlərinə səhər saat 09:00 radələrində başlanacağı bildirilib.

Daha sonra ərazidə çalışan obyekt sahiblərinə ərazinin boşaldılması barədə xəbərdarlıq vərəqələri paylanılıb. Təqdim olunan kağızlarda Zığ qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Cəlaləddin Əhmədovun imzası və möhürü qeyd edilib.

Sakinlər məsələ ilə şikayətlərini bildirmək üçün sabah Prezident Admistrasiyasına gedəcəklərini deyirlər: “ Biz 47 məcbur köçkün ailəsi sabah Prezident Adminstrasiyasına gedib dərdimizi danışacağıq. Bu qədər ailənin ümidi sabahkı qərara bağlı olacaq. Yeganə qazanc yerimiz "Duzlu göl"ün ətrafındakı obyektlərdir. Ancaq o da əlimizdən alınır. 1993-cü ildən məcburi köçkün ailələri bu gölün ətrafında dincəlməyə gələnlərə qarğıdalı, su, palçıq sata-sata pul qazanıblar. O zaman vəziyyətimizi nəzərə alıb, gölün ətrafında hamam, kafe tikməyə icazə verdilər. Gücümüz çatan qədər camaata xidmət edirik. Təsəvvür edin ki, yuyunmağın qiyməti 50 qəpikdir. Burada milyon qazanmırıq. Ancaq təbii sərvətimizi özəlləşdirənlər bizi aylıq hesaba oturtdurmaq istəyirlər. Balaca bir obyekt üçün 2500 manat pul tələb edirlər. Bir sözlə, müxtəlif bəhanələr gətirib, bizi buradan çıxarmaq niyyətindədirlər. Sabah 47 ailənin çörəyinə bais olacaqlar".

Məğrur
“Duzlu göl”ün ətrafı özəlləşdirildi: "Sabah 47 ailənin çörəyinə bais olacaqlar" FOTOLAR
“Duzlu göl”ün ətrafı özəlləşdirildi: "Sabah 47 ailənin çörəyinə bais olacaqlar" FOTOLAR
“Duzlu göl”ün ətrafı özəlləşdirildi: "Sabah 47 ailənin çörəyinə bais olacaqlar" FOTOLAR
“Duzlu göl”ün ətrafı özəlləşdirildi: "Sabah 47 ailənin çörəyinə bais olacaqlar" FOTOLAR
Tarix: 1-08-2017, 20:04
Xəbəri paylaş





Xəbər lenti