Rafət Əlibayramlinskinin “qanuni oğru” adı əlindən alınmayıb

Rafət Əlibayramlinskinin “qanuni oğru” adı əlindən alınmayıb Kimlərsə “qanuni oğru” haqqında yalan məlumatlar yayır

Bir neçə gün öncə ölkə mətbuatı Rusiya KİV-nə istinadən axtarışda olan “qanuni oğrular” barəsində xəbər dərc edilmişdi. Xəbərdə Rusiya dövlətinin 3 azərbaycanlı “qanuni oğrunu” da axtarması barədə məlumat yer almışdı. Həmin məlumatda axtarışda olan 3 “qanuni oğru” dan biri olan , kriminal aləmdə Rafət Əli-Bayramlinsiki kimi tanınan Əmirov Rafət Əlirza oğlunun 2004-cü ildə “taclandırılması”, bir il sonra statusunun geri alınması və özünün bu məlumatı inkar etməsi qeyd edilmişdi.

AzFakt.com-a Rafət Əli-Bayramlinskiyə yaxın olan şəxsin verdiyi məlumata görə mətbuatda onun “qanuni oğru” statsunun alınması ilə bağlı yayılan məlumatlar yalandır. Hansısa şəxslər tez-tez Rafət Əlibayramlinski haqqında bu cür yalan məlumatlar yayamaqla “qanuni oğru" nu gündəmə gətirmək niyyəti güdürlər. Bildirək ki, Rafət Əlibayramlinski 1979-cu il təvəllüdlüdür və 2014-cü ildə "taclandırılıb".
Siam.az
Tarix: 2-08-2017, 00:46
Xəbəri paylaş





Xəbər lenti