Ali Məhkəmə vətəndaşın pozulmuş hüququnu bərpa edəcəkmi?

Ali Məhkəmə vətəndaşın pozulmuş hüququnu bərpa edəcəkmi? Bakı şəhəri , Xətai rayonu NZS qəsəbəsi , Levandovski küçəsi ev 4, mənzil 2 ünvanında qeydiyyatda olan Məmmədov Rahib Yamil oğlu redaksiyamıza müraciət edib.
Bakı Apellyasiya məhkəməsinin 25 yanvar 2017-ci il tarixli 291030-1536/2017 saylı qətnaməsindən narazı qalan Məmmədov Rahib kasasiya şikayəti verdiyini bildirib. Şikayətə Ali Məhkəmədə hakim Ənvər Şadiyevin sədrliyi ilə avqustun 14-də baxılacaq.
Müraciətdən bəzi hissələri ixtisarla izləyicilərimizə təqdim edirik. Mübahisəli mənzil üzərində Rahib Məmmədov və Mövsüm Məmmədovun hüquqları etibarlı əqdlər arasında yaranmış, “Əzizbəyov-K.M” MMC mənzili Mövsüm Məmmədova vermiş. Rahib Məmmədov qarşısında öhdəlikləri yerinə yetirməyib.

Məhkəmə hesab edib ki, eyni mənzilin Rahib Məmmədova satılmasından Mövsüm Məmmədovun xəbəri olmamamış, həmin mənzilin dəyərini tam ödəmiş, mənzili təmir etmiş və orada yaşayır. Buna görə də mənzilin Mövsüm Məmmədova verilməsini ədalətli hesab edib. Məmmədov Rahibə isə həmin ərazidə tikintisi başa çatdırılmış eyni ölşülü mənzil verilməsi barədə qərar çıxarılır.
Rahib Məmmədov bildirir ki, həmin mənzil onunla “Etalon İnşaat” MTK arasında bağlanmış 19 iyun 2009-cu il tarixli müqavilə əsasında ona verilməli idi. Ona görə ki, həmin məsələ üzrə Ali Məhkəmənin qüvvəyə minmiş qərarı var. Məhkəmə qərarlarında “Etalon İnşaat” MTK 29 sentyabr 2009-cu ilə kimi müqavilə bağlamaq səlahiyyətinin olması göstərilib.
“Əzizbəyov-K.M” MMC həmin mənzili Mövsüm Məmmədova satması qanunsuzdur. Çünki Rahib Məmmədov pay haqqını tam ödədiyindən mənzilin mülkiyyət hüququ ona keçmiş, “Etalon İnşaat” MTK və “Əzizbəyov-K.M” MMC-nin həmin mənzilə dair heç bir hüquqi, o cümlədən özgəninkiləşdirmək hüququ olmamışdır.
“Əzizbəyov-K.M” MMC ilə Mövsüm Məmmədov arasında bağlanmış 7 iyun 2013-cü il tarixli əqd isə etibarsızdır. Çünki həmin əqd bağlanarkən “Əzizbəyov-K.M” MMC-nin səlahiyyəti olmayıb.
Bununla da Rahib Məmmədov hesab edir ki, Apellyasiya məhkəməsinin guya iddianı qismən təmin etməsi görünsə də əslində həmin qətnamənin icrası mümkün deyil. Çünki “Əzizbəyov-K.M” MMC nəinki mübahisəli mənzil olan ərazidə, hətta digər ərazidə də mənzil inşa etmir. MMC-nin rəhbərliyi bir mənzili bir neçə nəfərə satmasına görə həbs ediliblər.
Apellyasiya məhkəməsi bütün bunları nəzərə nəzərə almayaraq Rahib Məmmədova başqa mənzil verilməsi öhdəliyini “Əzizbəyov-K.M” MMC-nin üzərinə qoyub.
Rahib Məmmədov sonda aidiyyatı qurumlardan ona qarşı edilən haqsızlığın aradan qaldırılmasını, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək onun mülkiyyət hüququnun bərpa edilməsini xahiş edir.

azadliq.info
Tarix: 8-08-2017, 14:34
Xəbəri paylaş





Xəbər lenti