Yalan ayaq tutar, amma yeriməz

Yalan ayaq tutar, amma yeriməz Son zamanlar ölkəmizdə baş verən iqtisadi əyintilər daha da dərinləşir.Cəmiyyətdə qanunlarımızın aliliyi təmin olunmdığından yalan və kələkdən istifadə edən dələduzların sayı da çoxalır.

Yalan obyektiv realığın əsas səbəbinin gizlədilməsi , real secimllərdə qeyri-müəyyənlik yaratmaq , şübhəli işi etibarlı iş kimi qələmə vermək və satmaq, vergilərdən yayınmaq üçün gəlirlərin həcmini süni surətdə azaltmaq və sair kimi çoxlu hallarla reallaşa bilər.
Bu anormallıq bu günki cəmiyyətimizdə adi hala cevrilmişdi.Nəticədə cəzasızlıq mühitinin yaradılması mənəviyyatsızlıq mühiti üçün zəmin yaradır.Tarixin istənilən mərhələsində ,istənilən yalancı qərar ,qanlı idarəetmə metodu ,amansız mütləqiyyət,avtoritar hakimiyyət və irticaçı rejim qarşısında sərgilənən cəsarətin hər zaman ictimaiyyət tərəfindən dərin rəğbət və minnətdarlıqla qarşılandığı ,bu cəsarətin daxilən ,lal bir sükutla da olsa təqdir edildiyi inikaredilməzdir.Hər kəsin qorxduğu ,cox az adamın özünün və yaxınlarının həyatı ilə risk etdiyi bir məqamda sərgidilən cəsarət daim öz əzəməti ,göznəlizməyi və təkrarolunmazlığı ilə diqqət cəkir, bəzən nəyin ki, onlarla, yüzlərlə şəxsi ,insan dənizi belə bir anın içində vəcdə gətirir.Azərbaycan reallığında fırıldaq və dələduzluqla bağlı çoxlu misallar saymaq olar.Bu fırıldaqlardan bir necəsi haqqında danışmaq yerinə düşər. Bir necə il bundan əvvəl Biləsuvar rayonuna” Azərsu” Aciq Səhmdar Cəmiyyətinin baş bilənləri kanalzasiya tikilməsinin inşasına başladı.Rayonun kücələrində dərin səngərlər qazılıb borular bastırıldı.İş sona catanda məlum oldu Ki, quraşdırılma işləri düzgün aparılmayıb və beləcə də kanalizasiya işləri yarımcılıq qaldı.Artıq beş ildən artıq vaxt kecsədə bu məsələ hec kimin yadına düşmür.Görünür, dövlətin Biləsuvar rayonuna kanalizasiya tikintisinə ayrılmış vəsaitlər beləcə həzm olundu. Əhalinin içməli su ilə təminatının yaxşılaşmasına dair əlavə tədbirlər haqqında prezidentin 17mart 2017 ci il sərəncamında 22 rayonun bəzi kənd qəsəbələrinin isməli su təminatının yaxşılaşdırılması ücün 14(on dörd) milyon manat “ Azərsu” Açiq Səhmdar Cəmiyyətinə ayrəlmışdı.Sərəncamda Biləsuvar rayonun Xırmandalı kəndinin adı var.Rayonun ən böyük kəndlərindən biri olan kəndin on minə yaxın əhalisi ,7500 dən cox seçisi olmasına baxmayaraq ,sovet dövründən sonra atılmış baxımsız kəndə cevrilmişdi.Xırmandalı kəndinə iki dəfə icməli su kəməri cəkilmiş,borular basdırılmış sonda borulardan su gəlməmişdi. Xirmandalılar isməli su kəmərinin cəkilməsini eşidəndə cox sevindilər.Amma,amması ondadır ki,mütəxislərin dediyinə gorə nəzərdə tutulan polietielin boruların kəndə cəkilən ana xəttinin diametri 60-65ml-lik,kücələrə ayrılan boru xətləri 25-30ml dir ki, bu da təminatı ödəyə bilməz. Eləcədə kənd kücələri min metrdən də uzaq məfədə olduğu halda kücənin yarıdan da az hissəsinə boru xətti cəkilir.Xətt boyu 150-200 metrdən bir su kranları qoyulur,oda kücələrdə ümumi isifədə də nəzərdə tutulur.Kəndin mərkəzi kücələrin əsas hissəsinə icməli su xətti hec cəkilmir.Kəndin xəstəxanası,uşaq bağcası,iki orta məktəbi,mədəniyyət evi və dikar mədəni məişət yerlərinə icməli su xətti cəkilməsi ümumiyyətlə nəzərdə tutulmayıb.Deməli Xirmamdalı kəndinə icməli su təminatı ,idiki formada davam etsə kənd sakinlərinin 25-30 faizi icməli sudan istifadə oluna bilər! Bu boru kəmərinin işləməsi özü-özlüyündə sual doğurur? Umumi istifadəyə kücədə qoyulan su kranlarindan istifadə edən vətəndaşlar arasinda suyun ödənişində də ciddi problemlər yaranacaq.Görünür” Azərsu” Açıq Səhmdar Cəmiyyəti,podratci Arko şirkəti ilə baş-başa verib,məqsədləri ayırilmış dövlət vəsaitini mənimsəmək yolunu tutub.... Ona gorə də sadaladığım bu neqativ problemlərin həlli üçün aidiyyatı qurumlar əməli

işlər görməli ,tədbirlər həyata keçirməli ,iqtisadi əxlaq səviyyəsinin yaradılması və onun yüksəldilməsi üçün təsirli tədbirlər görülməsi ilə ali orqanlarımız ciddi məşğul olmalıdır.əks təqdirdə iqtisadi əxlaq probleminin daha ağır fəsadları ilə üz-üzə qalacağımızı istisna etmirik.
Əlizadə Nəhmədağaoğlu.
Siam.az
Tarix: 17-08-2017, 15:44
Xəbəri paylaş





Xəbər lenti