Evlənən az, boşanan çox...: Sosial problemlər, pulsuzluq, müdaxilə, zorakılıq...

Evlənən az, boşanan çox...: Sosial problemlər, pulsuzluq, müdaxilə, zorakılıq... Azərbaycanda toy əsasən mövsümlə olsa da, təmtəraqla evlənən cütlüklərin boşanması üçün mövsüm yoxdur.Hər gün məhkəmələrə boşanmalarla bağlı ərizələr daxil olur, məhkəmələr qeyri-rəsmi də olsa, bu ərizələrin getdikcə başqa işləri üstələdiyini bildirirlər. Bu ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 27 153 nikah və 7287 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,6, boşanmaların sayı isə 1,5 olub. Bir ayda boşanmaların sayında 1087 artım olub.

Hər ay azı 1000 ailə boşanır

Evlənən az, boşanan çox...: Sosial problemlər, pulsuzluq, müdaxilə, zorakılıq...

Belə ki, Statistika Komitəsinin yanvar-may aylarını əhatə edən hesabatından görünürdü ki, Azərbaycanda bu müddətdə 6200-dən çox boşanma halı qeydə alınıb. 2017-ci ilin ilk 5 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 23 044 nikah və 6207 boşanma halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,5 olub.Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 2016-ci ilin yanvar-oktyabr ayları ərzində 56,2 min nikah və 10,7 min boşanma halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 7, boşanmaların sayı isə 1,3 olub. Başqa sözlə desək, bir ayda 1000-dən artıq cütlük boşanıb.Üstəlik, bu ancaq rəsmi nikahlarla bağlı apaırlan qeydiyyatdır.Nəzərə alsaq ki, Azərbaycanda qeyri-rəsmi nikahla uzun müddət bir yerdə yaşayan və uşaqları olan cütlüklər, erkən nikahı rəsmiləşdirilməyən şəxslər də var, o zaman ayrılmalaırn sayında ciddi artımı vurğulamaq mümkündür.

Komitə rəsmisi: “Gənclər birgə yaşamağı bacarmayanda, dözümlülük nümayiş etdirmir”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, son illər Azərbaycanda nikahların kəskin azalması müşahidə olunmur. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, 2015-ci ildə 68 min 773 nikah, 12 min 764 boşanma olub. Belə ki, 2015-ci ildə əhalinin hər 1000 nəfərinə nikahların sayı 7.2, boşanmaların sayı isə 1,3 olub. 2016-cı ilin 11 ayı ərzində 60 min 800 nikah olub, 12 min boşanma faktı qeydə alınıb. Bu da əhalinin hər 1000 nəfərinə 6.9 nikah, 1.4 boşanma deməkdir. Komitənin baş məsləhətçisi Aynur Veysəlova boşanmaların artmasından danışarkən belə deyib: “İndi gənclər birgə yaşamağı bacarmayanda, artıq əvvəlki nəsil kimi dözümlülük nümayiş etdirmir, ən son atacaqları addımı elə ən başda atırlar, yəni birdəfəlik ayrılırlar. Gənclərin ailə həyatına hazırlıq məqsədi ilə Komitə tərəfindən “Gənc ailələr”, “Gənc ana” kursları təşkil olunur”.

20 ildir “boşanırıq”, amma...

Son illər boşanmalaırn sayında artım ciddi narahatedici həddə çatsa da əslində cütlüklərin ayrılması son 20 ilin problemidir.Dövlət Statistika Komitəsinin göstəriciləri də bunu deməyə əsas verir.Komitənin məlumatına görə, 1995-ci ildə Azərbaycanda rəsmi orqanlar tərəfindən 5 669, 2005-ci ildə 8 895, 2011-ci ildə 10 747, 2012-ci ildə 11 087, 2013-cü ildə 11 730, 2014-cü ildə 12 088, 2015-ci ildə 12 764 boşanma qeydə alınıb.

Azərbaycanda 2016-cı ildə il boşanma hallarının yarısı - 6 950-si uşağı olmayan ailələrdə qeydə alınıb. Ötən ilki boşanmaların 2 838-i 1 uşağı, 2 976-sı iki və daha çox uşağı olan ailələr tərəfindən qeydə alınıb. Ötən il 1 uşaqlı, iki və daha çox uşağı olan ailələr tərəfindən qeydə alınan boşanmaların sayı artıb. Boşanmış uşaqlı ailələrdə olan uşaqların sayı 9 378 olub.Onların 6 540-ı iki və daha çox uşağı olan ailələrin övladlarıdır. Ötən il 9 378 uşaq boşanma nəticəsində valideynlərinin biri ilə qalıb.

Bakıda ailələr üçün “ayrılıq ruzigarı” əsir

Ölkə üzrə olan bütün boşanmaların 4 253-ü Bakının, 820-si Abşeron iqtisadi rayonunun, 1 877-si Gəncə-Qazax, 636-sı Şəki-Zaqatala, 586-sı Lənkəran, 598-i Quba-Xaçmaz, 2012-si Aran, 916-sı Yuxarı Qarabağ, 435-i Kəlbəcər-Laçın, 299-u Dağlıq Şirvan, 332-si Naxçıvan Muxtar Respublikasının payına düşür.

“Xasiyyətimiz uyğun gəlmir” bəhanəsi...
Evlənən az, boşanan çox...: Sosial problemlər, pulsuzluq, müdaxilə, zorakılıq...


Boşanmaların ilbəil artması fonunda əsas müzakirə mövzusu səbəblərdir.Bu mövzuda konkret fikri bildirməkdə çətinlik çəkən dövlət quurmları olduğu kimi, fikrini söyləyən qeyri-hökumət təşkilatları da var. Müşahidələr göstərir ki, ayrılmaların səbəbləri sırasında sosial-iqtisadi durum mühüm yerlərdən birini tutur.Boşanma ilə bağlı müvafuq qurumlara təqdim edilən ərziələrdə səbəb kimi əsasən xasiyyət uyğunsuzluğu göstərilsə də iqtisadi səbəblər, narkotik və içkiyə aludəlik, xəyanət, ailədaxili zorakılıq mühüm faktordur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hazırladığı hesabatlarda da boşanmaların səbəbləri arasında "xasiyyətlərin uyğunsuzluğu" ilk yeri tutur.Məsələn, Ədliyyə Nazirliyindən Komitəyə daxil olan məlumatlara əsasən, 2015-ci ildə 68 985 nikah qeydə alınıb. Həmin il nikahın pozulması üzrə 12 886 fakt rəsmiləşdirlib. Bu boşanmalaırn 7318 -də səbəb kimi xasiyyət uyğunsuzluğu göstərilib.Ailədaxili zorakılıq (cinslər üzrə statistika aparılmır) səbəbindən 228, uşaqlarının olmaması səbəbinə görə 609 boşanma faktı qeydə alınıb.

Əvvəl pul qazanın, sonra evlənin

Evlənən az, boşanan çox...: Sosial problemlər, pulsuzluq, müdaxilə, zorakılıq...

“Təmiz dünya” təşkilatının sədri Mehriban Zeynalova isə deyir ki, xasiyyətin uyğun gəlməməsi özü səbəb kimi qəbul edilməkdənsə, bu uyğunsuzluğun səbəbləri tapılmalıdır:

“Xasiyyətlərin niyə uyğun gəlməməsi araşdırılmalıdır. Cütüklər xasiyyətlərini bir-birinə uyğunlaşdırmaq üçün də cəhd etməlidir.Bizim təşkilata müraciətlərdən də görünür ki, ailəyə kənar müdaxilə, ailədaxili zorakılıq, ailənin maddi təminatının olmaması daha çox boşanmalara səbəb olur.Bəzən ailə böyükləri problemin həllinə alışmaqdansa, tərəflərədn birinin mövqeyini birmənalı olaraq dəstəkləyir və qarşı tərəfin özünü ifadə etməsinə belə imkan vermirlər.Oğlan tərəf adətən, əri, qız tərəf də arvadı dəstəkləyir və ailələrin müdaxiləsi cütlüyün məsələni yoluna qoymaq imkanını azaldır.Buna görə Azərbaycanda deyirlər ki, evlənəndə 2 nəfər evlənir, boşananda isə bütün nəsil boşanır.Ailələrin dağılmasında iqtisadi faktorlar da var. Ailənin maddi təminatı getdikcə azaldıqca problemlər özünü daha çox göstərir.

Xüsusilə də uşaqlı ailələrdə bu problemlər daha çox olur.Bəzən gənclərdən yaşını, yaşadığı şəraiti, psixoloji durumunu nəzərə almadan daha çox dözümlü olmaq tələb edilir.Amma unutmaq olmaz ki, bu gənclər başqa bir dövrün yetişdirməsidir, onlardan proseslərə eynilə bizim kimi baxış tələb edə bilmərik.Məsələn, gənclər ayrı, müstəqil yaşamaq istəyir, ailə isə bu təqdirdə müdaxilə imkanının azalacağını düşünüb buna imkan vermir.Burada təbii ki, maddi məsələ də əsasdır.Ailəsindən maddi cəəhtdən asılı olan gəncin həyatına müdaxilə daha çox olur.Çünki böyüklər hesab edir ki, əgər gəncləri onlar dolandırırsa, bütün həyatına da müdaxilə etmək haqqına sahibdirlər.Buna görə də böyüklərə və gənclərə ilk növbədə maliyyə müstəqilliyini təmin etməyi tövsiyə edirik.Əks təqdirdə, ailədaxili problemlər çox olacaq və bu problemlər boşanmaya qədər apara bilər”.

Xəyanət boşanma səbəbi kimi...

Əvvəllər ölkədə boşananlar arasında uşaqsız ailələr daha çox olurdusa, indi bu nisbət də dəyişir.Başqa sözlə desək, uşaq olmaması səbəbindən boşananların sayı azalıb. Dövlət Komitəsi də statistik rəqəmlərin bunun bariz nümunəsi olduğunu deyir: "Əvvəlki illərdə uşaqlarının olmaması səbəbindən boşananların sayı daha çox olub. Belə boşanmaların sayı 1000-ə yaxın olub".2016-cı ildə xəyanətə görə boşanmaların sayı 413, sərxoşluqla bağlı boşanmaların sayı 369, narkomaniya ilə bağlı boşanmaların sayı 171, maddi duruma görə boşanmaların sayı 302, xəstəliyə görə boşanmaların sayı isə 224 fakt olub.

Ancaq mütəxəssislər bu rəqəmlərin bəzilərinin real durumu əks etdirmədiyi qənaətindədir.Xüsusən, xəyanətə görə boşanmaların sayının rəqəmlərdəkindən daha çox olduğu təxmin edilir, lakin belə halların bir çoxunda səbəb kimi “xasiyyət uyğunsuzluğu” göstərilir. M.Zeynalova deyir ki, telekommunikasiyanın inkişafı, sosial şəbəkələrdən istifadənin geniş yayılması, virtual münasibətlərin real münasibətləri tədricən daha böyük ölçüdə əvəzləməsi xəyanətlərin sayını artırıb: “Ancaq onu da unutmaq olmaz ki, qadınlar maddi problemlərə, ailədəki kənar müdaxiləyə, digər çətinliklərə dözür, ancaq bir çox hallarda həyat yoldaşından sevgi, qayğı, diqqət görməyəndə bunu əsas problem kimi qəbul edirlər. Yaxşı olar ki, cütlüklər münasibətlərində bunu diqqətə alsınlar”.(Cebhe.info)
Tarix: 18-08-2017, 14:22
Xəbəri paylaş





Xəbər lenti