Sumqayıtı abadlaşdıranlar aclıq aksiyasına başlayır FOTO VİDEO


Bir qrup sahibkar fasiləsiz olaraq Prezident Admistrasiyasının qarşısında Heydər Əliyev və İlham Əliyevin portretləri ilə aksiya keçirir. Onlar Sumqayıt şəhər İcra hakimiyyətindən şikayətçi olduqlarını bildirir. 2 il əvvəl şəhərin abadlaşdırılması üçün tikinti və bəzək materialları  vermiş iş adamları,  tikinti işlərini yerinə yetirən fəhlələr pullarını ala bilmədiklərindən gileylənir. Onlar bildirib ki, bir il 6 aydır  Prezident Admistrasiyasına, Nazirlər Kabinetinə və digər aidiyyatı qurumlara şikayət edirlər. Lakin heç bir nəticəsi yoxdur. Sumqayıt şəhər İcra hakimiyyətinin şikayəti əsasında potratçı şirkətin rəhbəri həbs olunub. Lakin şikayətçilərin bildirdiyinə görə Sumqayıt şəhər icra hakimiyyətinin  həmin şəxslə müqaviləsi  olmayıb.

Şikayətçi iş adamları sabahdan aclıq aksiyasına başlayacaqlarını bəyan ediblər.

Azadliq.info

Tarix: 14-03-2018, 21:56
Xəbəri paylaş





Xəbər lenti