Bank kartlarından kütləvi oğurluq: pullarımızı necə qoruyaq? - AKTUAL

Bank kartlarından kütləvi oğurluq: pullarımızı necə qoruyaq? - AKTUAL
"Son dövrlərdə bank kartlarından pulların qanunsuz çıxarılması və dələduzluq hallarının artması ciddi narahatlıq doğuran bir mövzuya çevrilib. Bu cür hadisələr bir sıra faktorlara bağlıdır və əsasən həm istifadəçilərin diqqətsizliyi, həm də bankların təhlükəsizlik sistemlərindəki boşluqlar burada rol oynayır".

İT üzrə mütəxəsis Elvin Həsənov Sonxeber.az-a açıqlamasında bildirdi ki, rahatlıqla tapıla biləcək şəxsi məlumatları parol kimi istifadə etmək dələduzların işini asantlaşdırır:

"İlk növbədə, istifadəçilər öz təhlükəsizlik tədbirlərinə kifayət qədər diqqət yetirmirlər. Təxmin edilməsi asan parolların seçilməsi, bu halların baş verməsində önəmli bir səbəb kimi qeyd edilə bilər. Sadə rəqəm kombinasiyaları və ya asanlıqla tapıla biləcək şəxsi məlumatların (məsələn, doğum tarixi) parol kimi istifadə edilməsi, dələduzlar üçün bank kartlarına giriş imkanı yaradır. Bundan əlavə, sosial mühəndislik və fişinq hücumları kimi texnikalar dələduzluq hallarında önəmli yer tutur. İstifadəçilər bəzən öz məlumatlarını özləri dələduzlara verirlər. Belə ki, ya aldadıcı zənglərə cavab verirlər, ya da şübhəli veb-saytlarda öz kart məlumatlarını daxil edib paylaşırlar. Burada həm istifadəçi məlumatlandırması, həm də təhlükəsizlik mədəniyyəti böyük əhəmiyyət kəsb edir. Eyni zamanda kart oğurluğunun artmasının əsas səbəblərindən biri də texnoloji imkanlarla bağlıdır. Skimmer cihazları, zərərli proqram təminatları və ictimai Wi-Fi şəbəkələrindən istifadə və s. bütün bu faktorlar dələduzların bank kartlarına və şəxsi məlumatlara çıxış əldə etməsinə şərait yaradır. Bu problemlərin qarşısını almaq və bu halların baş verməsi üçün həm istifadəçilər, həm də bankların öz məsuliyyəti var. Düşünürəm ki, güclü parol seçimi, müasir təhlükəsizlik sistemləri və davamlı məlumatlandırma bu halların azalmasına yardım edə bilər".
Tarix: Bu gün, 10:54
Xəbəri paylaş





Xəbər lenti