Azərbaycanlı avtoritetin ad günündən görüntülər - Qanuni oğrular bir arada


Azərbaycanlı avtoritetin ad günündən görüntülər
Ötən gün azərbaycanlı kriminal avtoritet Dato Cavid Ağcabədinski yaxın dostları ilə birlikdə doğum gününü qeyd edib.

GoldNews.az xəbər verir ki, doğum günündən görüntülər sosial mediada yayımlanıb.

Qeyd edək ki, Nadir Səlifova qarşı müxalifət getdikcə genişlənir və möhkəmlənir. 4 azərbaycanlı qanuni oğrunun yaratdığı klana Abxaziya kriminal "general"larının da böyük qrupu qoşulub. Qruplaşmanın lideri də seçilib. Lider Dato Ağcabədinski adı ilə tanınan qanuni oğru Cavid Məmmədovdur. Cavidi güdrətli yunan oğru klanı da dəstəkləyir.

Nadir Səlifovun yaxın adamlarına təzyiq edilir. Müxalifət nümayəndələri Qulinin yaxınlarını güllələyir, iş adamlarını isə döyürlər. Əvvəlcə düşünülürdü ki, Qulinin vaxtı ilə qulağını kəsdiyi Rafiq Masallinski üsyanın lideridir. Amma məlumata əsasən Rafiq sadəcə müxalifətin rəsmi nümayəndəsidir. Reallıqda isə Quliyə qarşı müharibəni Cavid Məmmədov başladıb. Dato Ağcabədinski müxalif oğruların bütün fəaliyyətini nizamlayır. O, digər klanlarla da danışıqlar apararaq birgə silahlı əməliyyatlar hazırlayır.

Sözügedən kadrları sizə təqdim edirik.


Tarix: 15-03-2018, 14:42
Xəbəri paylaş





Xəbər lenti