Bakıda azərbaycanlı oğlanlardan ərəblərə özəl xidmət – “Biabırçılıqdır” – VİDEO
Sosial şəbəkələrdə maraqlı görüntü yayılıb. Minval.info xəbər verir ki, Bakının “Tarqovı” kimi tanın Nizami küçəsində çəkilən videoda 2 azərbaycanlı gəncin ərəbləri pul qarşılığında əllərində tutduqları qalın kağız parçaları ilə sərinlədikləri iddia edilir. Məlumata görə, onlar bu xidmət qarşılığında 10 dəqiqə üçün 5 manat, yarım saat üçün isə 10 manat tələb edirlər. “Azərbaycanlılar artıq pul qazanmağın yolunu tapıblar”deyən hadisə şahidi, çəkdiyi videonu sosial şəbəkədə paylaşıb. Sosial şəbəkə istifadəçiləri bu görüntülərə sərt reaksiya veriblər. Onlar 2 gəncin etdiyini alçalmaq kimi qiymətləndiriblər. “Biabırçılıqdır. Özlərinə hörmət etmirlər” şərhləri çoxluq təşkil edib. Həmin görüntüləri sizlərə təqdim edirik: