Bayıl sakinlərinin pulu kəsilib: "Sualı olan "JEK"ə getsin


Bayılda sürüşmə zonasından köçürülən ailələrə verilən kirayə pulları kəsilib. 

Cebhe.info-nun xəbərinə görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumatı dəqiqləşdirmək üçün Səbayel rayon İcra Hakimiyyətinin  ictimai-siyasi şöbəsinin müdiri İsrafil Kərimovla əlaqə saxladıq. O, məlumatı nə təsdiq, nə də təkzib etmədi: “Orada araşdırma aparılır. Bəzilərinin sənədləri qaydasında deyil, bəziləri evlərinə qayıdıb. Kimin sualı varsa “JEK”-ə yaxınlaşsın”.

Xatırladaq ki, Bayıl yamacının sürüşmə zonasında yerləşən və təhlükəli vəziyyətdə olan 67 evin sahibinə fevral ayından etibarən kirayə haqqı verilirdi. Sakinlərin bildirdiyinə görə, hər ay 3-4 nəfərlik ailəyə 100-150 manat, 6 nəfərlik ailəyə 250 manat, 8, 9 və daha çox ailə üzvü olanlara isə 300 manat kirayə haqqı ödənilrdi.

Tarix: 17-07-2018, 19:26
Xəbəri paylaş





Xəbər lenti