“Kanalizasiya xətti çəkilmədən asfalt çəkilir. Çirkab su “Ceyranbatan” su hövzəsinə axır. Bizlərdə o sudan içirik”

“Space” Tv-nin baxımlı layihələrindən biri olan Amil Xəlilin təqdimatında yayımlanan “Olar? Olmaz!” verilişində ötən gün də maraqlı araşdırma tamaşaçılara təqdim edilib.

Minval.İnfo xəbər verir ki, Abşeron rayonu Xırdalan qəsəbəsi Rövşən Əliyev küçəsinin sakinləri bir araya gələrək şikayətlərini dilə gətiriblər. Onlar məhəllənin çirkab sularının birbaşa süzülərək “Ceyranbatan” su hövzəsinə axdığını və qurumlardan isə heç bir yardım gəlmədiyini biliriblər.

Çəkiliş zamanı əraziyə Abşeron İcra nümayəndəsi (Abadlıq idarəsinin əməkdaşı) və MKTB-nin rəhbəri gəlib. Bundan sonra ara bir az da qarışıb. “01 AA 037” xidməti avtomobillə əraziyə gələn nümayəndə əvvəl özünü icra mavini kimi təqdim edib. Daha sonra isə “Mən heç kiməm” deyərək çəkilişə mane olmağa çalışıb. Vətəndaşların xeyli xahişlərinə baxmayaraq adam özünü təqdim etməyib. “Təqdim etmirəm. Mən beləyəm”…

Teleaparıcı Amil Xəlil daha sonra maraqlı faktla çıxış edib. O, avtomobilin artıq “xidməti avtomobil” statusundan çıxdığını, nə Abşeron icra hakimiyyətinin nə də “Abadlıq” idarəsinin tərkibində olmadığını qeyd edib. Hansı ki vaxtı ilə həmin orqanlara aid olduğu məlum olub.

Özünə əmin olan nümayəndə KİV-nin qanununu da  pozmağa cəhd edib. Belə ki “mənim hüququm var ki, kameranızı əlinizdən alım” deyən şəxs ardınca “Azərsu” ASC-nı tənqid edib. Bir az sonra qurumun rəsmisi Anar Cəbrayıllı iddialara cavab verərək məsələyə aydınlıq gətirib.

Qeyd edək ki, bəzi iddialara görə həmin şəxs İlkin adlı vəzifəli iş adamı olub.

Şəhidin adına yaraşmayan küçənin taleyi isə qalıb Allahın ümidinə. İnanırıq ki haqq-ədalət yerini tapar.