Kadırovun baş cəlladından Lənkəranskinin “qardaşı”na dəstək – Video


bitmap-img6




2016-cı ildə İstanbulda qətlə yetirilən azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin mənəvi qardaşı və varisi sayılan çeçen əsilli kriminal avtoritet Şeyx Xəmzətin nüfüz dairəsi genişlənir

“Avropa kassası”nın nəzarətçisi Xəmzət Qastəmirova daha bir dəstək Çeçenistandan gəlib.

Belə ki, Çeçenistan prezidenti Ramzan Kadırovun baş cəlladı kimi bilinən Şaa Turlaev Qastəmirovu özünə qardaş hesab etdiyini və ona dayaq olduğunu bildirib. Turlaev bununla bağlı videomürqciət yayımlayıb.

Qeyd edək ki, “Şeyx Xəmzət”in yaxın günlərdə Azərbaycana gələcəyi gözlənilir. Onun səfər sırasında Lənkəran və Bakıda olacağı bildirilir.(minval.info)





Tarix: 26-07-2018, 13:16
Xəbəri paylaş





Xəbər lenti