Zara Bakıya məqsədyönlü şəkildə göndərilir




Qüdrət Həsənquliyev: “İşğalçı ordunun əsgərləri ilə şəkil çəkdirən, Ermənistanı tərifləyib, işğalı pisləməyən qadının Bakıya göndərilməsi iqtidarın ictimai dayaqlarının sarsıdılması üçün edilir”


Deyəsən bu adı batmış Zara milləti zara gətirəcək. İlin-günün bu vaxtında, içimizin özümüzü, çölümüzün özgələri çıtır-çıtır yandırdığı bir həssas dönəmdə durub hansısa bar gözəlçəsinin milliyyətini araşdırmaqla məşğuluq.
Onun niyə və nəyə ölkəyə gəlməsi artıq bir neçə gündür ki, ölkə mediasının, sosial şəbəkələrin gündəmini zəbt edib. Haqlı sual yaranır, o, buna dəyərdimi?
Moderator.az-ın əməkdaşının millət vəkili Qüdrət Həsənquliyevdən mövzu ətrafında aldığı açıqlamadan belə görsənir ki, dəyərmiş. Yəni bu heç də Zaranın öz xoşuna gəlməsindən daha çox məqsədli şəkildə, bilərəkdən Bakıya göndərilməsi imiş…
"İşğalçı ordunun əsgərləri ilə şəkil çəkdirən, Ermənistanı tərifləyib, işğalı pisləməyən qadının Bakıya göndərilməsi son zamanlar baş verən hadisələrin davamıdır və iqtidarın ictimai dayaqlarının sarsıdılması üçün edilir. Sözsüz ki, siyasətdən uzaq təşkilatçı artistlər bunun fərqinə vara bilməz. Digər rəsmilər isə qorxularından reaksiya verə bilməyiblər". (Baymedia.az )

Tarix: 27-07-2018, 14:53
Xəbəri paylaş





Xəbər lenti