Rektor-deputat özünün də səs verdiyi qanunu pozur - ŞİKAYƏT



“Azərbaycan Kooperasiya Universitetinin rektoru millət vəkili Eldar Quliyev özünün də səs verdiyi ARƏM-nin 127-ci maddəsini (Maddə 127. Qismən ödənişli sosial məzuniyyət hüququ və ondan istifadə qaydaları) pozur”

Cebhe.info xəbər verir ki, bunu Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı deyib.

O, qeyd edib ki, universitetin işçisi Babayeva Günel Sərdar qızı 2011-ci ilin sentyabr ayından universitetdə çalışır. 2015-ci ilin oktyabr ayında dekretə, dekabr ayında isə analıq məzuniyyətinə çıxıb: “Hal hazırda analıq məzuniyyətindən işə qayıtmaq istəyən xanıma süni əngəllər yaradılır. 

Babayeva Günelin işə qayıtmaq haqqında universitetə ünvanladığı 25.07.18 tarixli ərizəsinə, millət vəkilinin 02.07.18 tarixli cavabı: universitetdə yay tətili (yay tətili müəllimlərə və tələbələrə aiddir,inzibati heyət cəmi 30 gün qanunvericiliklə nəzərdə tutulan müddətə məzuniyyətdə olur ) olduğu üçün və sizin analıq məzuniyyətində olduğunu nəzərə alaraq sizin geri çağırılması məqsədəuyğun hesab olunmur, növbəti tədris ilində işinə baxıla bilər.  Problemlə əlaqədar Nərimanov rayonu 2 saylı əmək müfəttişliyinin işçisi Elşən Əliyev isə bildirdi ki, Eldar Quliyevin oğlu Mehriban Əliyevanın işçisidir. Biz onu cərimələyə bilərik, lakin cərimə tətbiq edilərsə sizi işdən çıxaracaqlar. 

Müfəttiş onu da bildirib ki, əslində universitet vergidən yayınmaq üçün xanımın tam ştat (mədəni-maarif işləri üzrə mütəxəssis) vəzifəsini sosial müdafiə nazirliyinin (DSMF) sisteminə işləməyib, yalnız 0,5 ştat müəllimlik, onu da əvəzçiliklə qeyd ediblər. Əmək kitabçasında mütəxəssis vəzifəsi yazılıb, müəllimlik yoxdur , sistemdə isə əksinə yarımştat müəllimlik var, tam ştat vəzifə yoxdur. Yəni, sistemlə kitabça bir-birinin tam əksinədir”.

Tarix: 31-07-2018, 12:20
Xəbəri paylaş





Xəbər lenti