Kürd Şakronun milyonları “oğru”nun “başını yedi”: Titulu alındı


Kürd Şakronun milyonları “oğru”nun “başını yedi”: Titulu alındı

Tanınmış “qanuni oğru”, “oğru dünyası”nda “Surik” kimi tanınan Suren Tavadov titildan məhrum edilib. Buna səbəb isə onun Rusiya kriminal aləminin “baş generalı” Zaxari Kalaşovdan  (Kürd Şakro) gizli bir neçə milyonu özününküləşdirməsi olub. 

Cebhe.info yerli mətbuata istinadən bildirir ki, Tavadov titulunu 2004-cü ilin avqustunda alıb. Onun “taclandırma" mərasimində Ded Xasan şəxsən iştirak edib. Buna görə də Surik "oğru proseduru"na uyğun olaraq təsdiqləyici söhbətdən keçməyib.

Ded Xasanın qətlindən sonra isə onun ciddi problemləri başlayıb. Polis onu bir neçə dəfə saxlayaraq profilaktik söhbətə cəlb edib. 2015-ci ildə isə 7 qram heroinlə tutularaq ev dustaqlığına məhkum edilib ki, bununla da belə cəza alan ilk "qanuni oğru" adını da qazanıb. 

İndi isə o, Kalaşovdan oğurladığı milyonları da geri qaytarmalıdır.


Tarix: 1-08-2018, 16:26
Xəbəri paylaş





Xəbər lenti