11 sayli Ərazi Vergilər İdarəsi gənc sahibkarı bezdirib

     Gənc sahibkar Siam.az saytı vasitəsilə Vergilər naziri Mikayıl Cabbarova müraciət etmişdir.Müraciəti olduğu kimi təqdim edirik:                                                                        Azərbaycan Respublikasının Vergilər naziri cənab Mikayıl Cabbarova.
                                                           
               Hörmətli cənab Nazir! Mən Bərdə rayonunun Gərənə kənd sakini Şəmilzadə Nicat Şahin oglu
         2018 ci ilin sentyabr ayinda 11 sayli Ərazi Vergilər İdarəsinin Operativ Nəzarət Şöbəsinin rəisi Mətləb Abbasovun
         yenicə sahibkarliga başlamış bir gənc kimi mənə qarşı apardıgı haqsızlıqları və onun ərazidə sahibkarlara qarşı
         etdiyi  qanunsuz hərəkətləri barədə məktub və teleqram vasitəsilə muraciət edib köməklik göstərmənizi xahiş
         etmişdim.Həmin ərizədə yazdıqlarımı yenidən yazıb vaxtınızı almaq istəmirəm.Təkcə onu bildirmək istəyirəm ki
         yenicə işə başladıgım bir vaxtda M.Abbasov mənə 35 min manat ziyan vurdu.Məktubum Sizə çatandan dərhal
         sonra Nazirliyin əməkdaşları Ərazi idarəsinin fəaliyyətini xüsusilə Mətləb Abbasovun və onun tabeliyində olan bir
         neçə əməkdaşın fəaliyyət dairəsini yoxlayıb ciddi nöqsanlar aşkar etdilər.Onlarla  vergidən
        yayındırılan obyektlər aşkarlanmişd.Hətta yoxlayıcılar mənə bildirdilər ki bizim aşkar etdiyimiz qanunsuzluqlarin
        yaninda sənin yazdıqların xırda işlərdi. Sonra mənə Nazirlikdən bildirdilər ki bir ay müddətinə sənə cavab veriləcək.
      Lakin həmin məsələnin üstündən bir ay yarım kecməsinə baxmayaraq hər hansı bir tədbir görülməsi və
       aparılan yoxlamanın nəticəsi barədə məlumat verilməyib.Bunun nəticəsidirki Mətləb Abbasov hecnə olmayibmış
        kimi öz bahalı maşınlarını nümayiş elətdirərək gəzməklə qanunsuz hərəkətlərini davam etdirir.Görünür Nazirlikdə
        dayaqları möhkəmdir.Məhz buna gorə bir başa Sizin ünvana müraciət etsəydim onun nazirlikdəki dostları məktubumun Sizə
        çatmasına əngəl törədəcəklərdi.Bu səbəbdən Sizə Sosial şəbəkələr və saytlar vasitəsilə müraciət edib xahiş edirəm ki
        mənim müraciətimə ədalətli baxılsın.
       Əvvəcədən təşəkkür edirem
        Hörmətlə- Şəmilzadə Nicat Şahin oglu.
        Bərdə rayonu Gərənə kəndi

       Siam.az
Tarix: 3-11-2018, 23:31
Xəbəri paylaş





Xəbər lenti