Sehrli ingilis barmağı: Dumanlı Albiondan bir qudaya stop, digərinə yaşıl ışıq? + FOTOLAR






Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov da İngiltərədə şirkət açıb. Özü də maliyyə şirkəti, yəni bank.

MEA CAPITAL LIMITED keçən ayın 11-də Londonda qeydiyyatdan keçirilib. Şəhadətnamə nömrəsi 11618237. 
Təsisçinin qeydiyyat ünvanı: Union House Walton Lodge, Bridge Street, Walton-On-Thames, Surrey, United Kingdom. Yeri gəlmişkən, bu ünvan Temza çayı sahilində yerləşir və bahalı villaları, yaxtaları ilə məşhurdur. Keçmiş kənd təsərrüfatı İsmət Abbasovun oğlu Yunis Abbasovun da Walton-On-Thamesda villası və yaxtası var.

Şirkətin adının mənası da aydındır: Mahmudov Eldar & Anar.
Belə...Eldar Mahmudovun dəstəsinin sahibkarlardan şantaj və təhdid yolu ilə topladığı sərvətlərin bir ünvanı bu şirkətdir. Güman ki, Anar Mahmudovun qayınatası Cahangir Hacıyevin Beynəlxalq bankdan oğurladığı pullardan da MEA-nın təsisində istifadə olunub. 
Siz də deyirsiniz, Britaniya hökuməti korrupsiyada şübhəli bilinən şəxslərin gəlir mənbələrini tələb edəcək, onlarla mübarizə aparacaq.


Cavanşir Həsənli, Mühacirətdə yaşayan jurnalist
Tarix: 10-11-2018, 15:08
Xəbəri paylaş





Xəbər lenti