Xətai rayon sakinləri İcra Hakimiyyəti qarşısında etiraz edir — VİDEO


 

Bu gün səhər saatlarında bir qrup Xətai rayon sakini Rayon İcra Hakimiyyəti binası qarşısında etiraz aksiyası keçirir.


Demokrat.Az xəbər verir ki, sakinlər Xətai Rayon İcra Hakimiyyəti (RİH) rəhbərliyi tərəfindən aldadıldığını iddia edir. 


Məsələ ilə bağlı Xətai RİH ilə əlaqə saxlayaraq, onların mövqeyini öyrəndik. İcra Hakimiyyətindən Demokrat.Az-a bildirildi ki, sakinlərin aldadılması ilə bağlı iddiaları əsassızdır. 


Sakinlərin etiraz aksiyasından çəkilmiş görüntülərini təqdim edirik:

 



Tarix: 10-11-2018, 15:22
Xəbəri paylaş





Xəbər lenti