"Ey alimi-işbaz və nanəcib, elmi də özün kimi saxta etdin, elm müəssisəni də viran qoydun!"



"Düzünü de görüm, moşenniklik edib üst-üstə qaladığın mülklərini əlindən alsalar və layiq olduğun yeri sənə göstərsələr, yenə tərif edib yaltaqlanarsanmı?"



Ey alimi-işbaz və nanəcib! 100 cür hiylə ilə yiyələndiyin milyonları, qapdığın vəzifələri əlindən alsalar, bu Vətəni, milləti, rəhbəri mədh edərsənmi?! Tfu, sənin saxta sifətinə! Elmi də özün kimi saxta etdin, elm müəssisəni də viran qoydun! Qəhr olasan!
Milyonlara sahib alimi-kəbirlər bir tərəfə qalsın. Bu cəmiyyətdə yalnız işbaz-saxtakar, yaltaq-rüşvətxor alimi-biəməlin tibbi sığortası, yüksək təminatlı istirahəti, hətta nə bilim nəyi və nələri olmalıdır... Maaşa gözünü dikən normal alim-zayalının maaşı isə onun təkcə özünün tibbi müayinəsinə belə yetməməlidir, sürünməlidir, vəssalam. 
Bəli, həmin ziyalını məişət problemi içərisində elə boğmaq lazımdır ki, ölməsə də, ölü kimi bir şeyə çevrilsin...Ən yaxşı halda başını qaldırıb ətrafına baxmağa macalı olmasın. Məsələn, sanballı bir iş görüb zibillərimizin üstünü aça bilməsin. Bir sözlə, saxta cızma-qaralarımızla elmin başına daş salmağımıza, eyş-işrətimizə, nömrə gəlməyimizə, antimilli fəaliyyətimizə mane olmasın. Budur "ƏDALƏT", "ELM", "İNKİŞAF!"
Ey alimi-tupoy, cahil, özündənrazı və görməmiş! Düzünü de görüm, moşenniklik edib üst-üstə qaladığın mülklərini əlindən alsalar və layiq olduğun yeri sənə göstərsələr, yenə tərif edib yaltaqlanarsanmı? Sən lap yal iti imişsən ki, ay Bapp-bapp! Qılafında daldalandığın alimliyin isə yalnız quru titullarla məhdudlaşırmış. Bir də tfu sənin murdar sifətinə!!!

İdris Abbasov, filologiya üzrə elmlər doktoru, professor
Tarix: 11-11-2018, 08:41
Xəbəri paylaş





Xəbər lenti