“Kriminal generallar”- Keçmiş SSRİ-dən sonra dünyaya: “Oğru dünyası”nın milli tərkibi: Azərbaycanlılar siyahıda kimlərə uduzur?


 

“Kriminal generallar”- Keçmiş SSRİ-dən sonra dünyaya: “Oğru dünyası”nın milli tərkibi: Azərbaycanlılar siyahıda kimlərə uduzur? 

“Qanuni oğru”lar son zamanların ən çox müzakirə edilən mövzularındandır. Xüsusilə Almaniyada erməni millətindən olan “qanuni oğru”ların fəallaşması barədə xəbərlər kriminal dünyada ilə bağlı təfərrüatlara marağı artırıb. 
Cebhe.info xəbər verir ki, hazırda keçmiş SSRİ məkanında cəmi 430 “qanuni oğru” var. Onlardan 334 nəfəri azadlıqda, 18 nəfəri axtarışda, 96 nəfəri həbsdədir.
Milli tərkibə baxanda isə aşağıdakı mənzərə ortaya çıxır:
Gürcülər 239 nəfər, yəni 56 faiz
Ruslar 52 nəfər, yəni 13 faiz
Ermənilər 29 nəfər, yəni 7 faiz
Yezidilər 26 nəfər yəni 6 faiz
Azərbaycanlılar 16 nəfər, yəni 4 faiz.

Bundan başqa 11 abxaz, 8 çeçen, 7 yəhudi, 7 ukraynalı, 5 yunan, 4 tatar, 3 özbək, 3 osetin, 3 qazax, 3 inquş, 2 başqırd, 2 qırğız, 3 moldovan, 1 alman, 1 talış,  1 ləzgi, 1 belarus, 1 balkar, 1 avar “qanuni oğru” var.
Yaş tərkibinə görə “oğru”lara nəzər saldıqda  onların böyük əksəriyyətinin 36-49 yaşında olduğu görünür- 212 nəfər. 50-64 yaş aralığında  148, 65-dən yuxarı isə 32 nəfər var. 21 yaşdan 35 yaşadək olanların sayı 27 nəfərdir.
Tarix: 12-11-2018, 15:03
Xəbəri paylaş





Xəbər lenti