Həbs olunduğu deyilən dekan “Facebook”da status yazdı



Həbs olunduğu deyilən dekan “Facebook”da status yazdı
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Əmir Əliyev işdən çıxarılması və həbs olunması barədə yayılan məlumatlara münasibət bildirib.
Siam.az AzVision.az-a istinadən  xəbər verir dekan bu barədə "Facebook" səhifəsində status yazaraq, məlumatları yalanlayıb.

“Mənim haqqımda tamamilə yalan və iftira xarakterli informasiyalar yayılıb. İlk növbədə bildirirəm ki, Bakı Dövlət Universitetinin Hüquq fakültəsində iş başındayam. Həmişə Azərbaycan dövlətinə və xalqına xidmət etmişəm və bundan sonra da edəcəyəm” – Ə.Əliyev yazıb.



Tarix: 17-11-2018, 14:13
Xəbəri paylaş





Xəbər lenti