"Cənab Prezident, bütün yay boyu Əkbər Hacıyev sizi və Azərbaycan xalqını aldatmaqla məşğul olub." - Bir qrup 20-ci sahə sakini İlham Əliyevə şikayət ünvanladı


        
"Cənab Prezident, bütün yay boyu Əkbər Hacıyev sizi və Azərbaycan xalqını aldatmaqla məşğul olub." - Bir qrup 20-ci sahə sakini İlham Əliyevə şikayət ünvanladı
Teref.az-ın poçtuna Səbail rayonu 20 sahə, Muxtarov qəsəbəsi, Salyan yolu, Oqtay Daşdəmirov küçəsi, Patamdar şossesi küçələrində yaşayan sakinlər tərəfindən Prezident İlham Əliyevə və 1 nüsxəsi içtimaiiyyətə çatdırılması üçün saytımıza ünvanlanmış şikayət məktubu daxil olub. Şikayətçilər yazırlar:
Hörmətli cənab İlham Əliyev, bütün yay boyu “Azəriqaz” İB-nin sədri sizi və Azərbaycan xalqını aldatmaqla məşğul olub. Onun və “Azəriqaz” İB-nin məsullarının bütün yay boyu ““Azəriqaz” qışa tam hazırdır .” deyərək öyündükləri sözlər hamısı yalandır. Bunun bariz nümunəsi artıq 20 gümndür ki, bizlərə qazın verilməməsidir.
Verilməməsi deyəndə bir az yalançı olarıq. Möhtərəm prezident qazın təzyiqi sıfıra ən yaxın bir yerdə dayanır.Yəni demək olar ki, qaz verilmir. Şam kimi qaz gəlir.Nə kombi yanır nə də su qızdırıcısı. Qaz plitəsində isə ancaq qazın işaqrtısı olur.
Onuda qeyd etmək istəyirik ki, yayda da qaz verilişi heç də yaxşı deyildi.Lakin şikayət edəndə, indi olduğu kimi deyirdilər ki, təmir edirik ki, payızda fasiləsiz qaz verək.Lakin artıq payız gəldi, nə qaz var nə də qaz-dan səs soraq.
Bütün “Azəriqaz” İB-nin çağrı mərkəzinə etdiyimiz şikayətlər isə boşuna gedir. Hər dəfə bir bəhanə gətirərək elə boş yerə söz verirlər.Axşam deyirlər, “səhər olacaq”, səhər deyirlər “axşam olacaq”.
“Azəriqaz” –da hamı elə yalandan söz verir.Eynən möhtərəm prezident Əkbər Hacıyevin sizə yalandan söz verdiyi kimi.Amma heç kim heç nə etmir.
Qeyd edək ki, bu əraziyə mədənlərdən bir başa təmizlənməmiş qaz verilir. Bu qaz insan orqanizmi üçün çox təhlükəli olmaqdan savayı, həmdə tam yanmadığına görə dəm qazı daha güclü olur.
Bizlərə elə gəlir ki, Əkbər Hacıyev bunu qəsdən edir ki, xalq bezib etirazlara qalxsın.Axı başqa cür necə başa düşmək oalr ki, düz qaz buruqlarının yanında yaşayasan və qazın üzünə həsrət qalasan.
Cənab Prezident xahiş edirik, “Azriqaz”-ın bu soyuq ayların başlanğıcında əhaliyə zülm etdiyinə görə Əkbər Hacıyevə qarşı ölçü götürəsiniz. Artıq soyuqlar evlərdə bərk hiss olunur, evlərdə körpə uşaqlar var. Lütvən Əkbər Hacıyevə xalqın əsəbləri ilə oynamamağı tövsiyyə edin. O sizin apardığınız daxili sosial sabitlik siyasətinizə qarşı çıxır.
Cənab Prezident belə getsə Səbail rayonu 20 sahə, Muxtarov qəsəbəsi, Salyan yolu, Oqtay Daşdəmirov küçəsi, Patamdar şossesi küçələrində yaşayan sakinlər yığışıb yolu bağlamalı olacağıq.
İmza:
Səbail rayonu 20 sahə, Muxtarov qəsəbəsi, Salyan yolu, Oqtay Daşdəmirov küçəsi, Patamdar şossesi küçələrində yaşayan sakinləri.
Teref.az olaraq qeyd etmək istəyirik ki, bizdə bunun şahidi olmuşuq. Dəfələrlə edilən şikayətlərə baxmayaq, bu ərazilərdə normal qaz verilişi bərpa edilmir.
Tarix: 19-11-2018, 21:06
Xəbəri paylaş





Xəbər lenti