“Sabiq məmurlara məxsus mülklərin kiminsə istəyi ilə müsadirəsi mümkün deyil”


İqbal Ağazadə: “Bunun üçün qanun layihəsi qəbul edilməlidir”




Son vaxtlar media və sosial şəbəkədə bəzi məmurların, sabiq nazirlərin əmlakının dövlətin xeyrinə müadirə edilməsi ilə bağlı təkliflər səslənir.

Belə bir təklifin reallaşması nə dərəcədə məqsədəuyğundur? Müvafiq qurumlar bu istiqamətdə konkret addımlar atmalıdırmı?

Moderator.az-a açıqlama verən Ümid Partiyasının sədri İqbal Ağazadə bunun üçün qanun layihəsinin qbəul edilməsinə ehtiyac duyulduğunu qeyd etdi:

“Kiminsə əmlakının müsadirə edilməsi mənim, sizin və ya başqa bir şəxsin təklifi, istəyi ilə olan məsələ deyil. Bunun üçün qanun layihəsi qəbul edilməlidir. Məhkəmə bu qanunlara əsasən qərar çıxararsa, bu qərarı icra etmək olar. Yoxsa kiminsə istəyi ilə kiminsə mülkünün müsadirəsi mümkün deyil.

Mən hökumətə təklif etmişdim ki, yeni dövrə qədəm qoymaq, Azərbaycanda investisiya mühitini saflaşdırmaq, bu mühitə yeni çalar gətirmək, ölkəmizdə qeyri-leqalı şəkildə qazanılan pulları geri qaytarmaq, onları ölkəmizdəki layihələr cəlb etmək üçün maliyyə amnistiyası elan olunsun. Bu amnistiya elan olunandan sonra gəlir deklorasiyası bəyan edilməlidir. Bundan sonra sorğular, hesabatlar başlaya bilər. Hesab edirəm ki, bunların həyata keçirilməsi demokratik cəmiyyətin inkişafı baxımından faydalı olar”.

 


Tarix: 21-11-2018, 08:09
Xəbəri paylaş





Xəbər lenti