ADINI SORDULAR, “MÜLAYİMdi” – DEDİ…


“SƏRT OLUB NƏ QAYIRASSAN Kİ?” – DEDİLƏR !!!

————————-

Sərdar ƏLİBƏYLİ

“Reket” redaktor

————————-

Nəhayət ki, neçə gündən sonra, çeşidli internet resurslarından, eləcə də əksəriyyətinin hakimiyyətə yaxınlğı şübhə doğurmayan mətbu və teleefirlərdən cəmiyyətin üzərinə axıdılan “çaxır” qalmaqalının personajlarından biri olan, BDU-nun sabiq rektoru Fəxri Xiyabanda görsənməklə yanaşı, yaranmış sükutu da pozdu və doğrusu-yanlışı ilə, bir şeylər danışdı. Əslində, Abel Məhərrəmovun bu açıqlaması “çaxır” qalmaqalının bütün təfərrüatlarına, hər hansı şəkildə nəinki aydınlıq  gətirmədi, əksinə bir xeyli əlavə suallar da doğurdu (“Mən 1969-cu ildən Heydər Əliyevçi olmuşam.”-filan – S.Ə.). Bununla belə, Abel müəllimin, barəsində, daha çox iqtidara yaxın media tərəfindən yayılan və mahiyyəti etibarilə məsələnin qabardılan yönlərindən daha iyrənc təsir bağşlayan kirli təbliğatın önünə çıxa bilmə cəsarətini, qismən də olsa, təqdirəlayiq buldum. Ancaq, adamın seçdiyi taktika, işlətdiyi ifadələr və hədəflədiyi məqsədlər mənə məlum və məşhur “Mülayim və sərt” lətifəsini xatırlatdı. Bütün hallarda bu mənim gəldiyim subyektiv bir qənatətdi və bu konuda məni qınamaqdan öncə, siz də Abel Məhərrəmovun açıqlamasına bir göz atın, bəlkə mənə haq verdiniz

———————————————————————————–

Abel MƏHƏRRƏMOV:

“… Prezident İlham Əliyevin sərəncamı müzakirə olunmur, icra olunur. Prezident sərəncamla kimisə vəzifəyə təyin edir, vəzifədən azad edir və s. Bu, təbii qəbul olunmalıdır…

… Həyatda hər şey ola bilir. Əfsuslar olsun ki, bəzi mətbuat orqanları mənim Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad olunmamı şouya çevirmək istəyirlər, bu da düzgün deyil. Ziyalılığı, milli mentalitetimizi qorumaq lazımdır. Elm zirvəsinə qalxan adamlara dəyər vermək lazımdır. Mediaya üzümü tutaraq deyirəm: Bu şoulardan əl çəkin! Bunun heç kəsə xeyri yoxdur. Bu, milləti geri çəkmək deməkdir. Allah Prezidentimizin canını sağ eləsin. O, hər şeyə düzgün qərar verir, ona görə də sərəncamı doğru qəbul edirəm …”(Report – 21.11. 2018)

—————————————————————————————-

P.S.

Sırada Əhliman Əmiraslanovdu???!!! 

Tarix: 22-11-2018, 16:01
Xəbəri paylaş





Xəbər lenti