Şəhid ailələrinin qanpullarını öz qapılarında əllərindən öpərək vermək gərəkdir... -7 cümlədə 7 dərd

     Yalnız Abellərin adını tabellərimizdən silməklə işimizdə intizama nail ola bilməyəcəyik...                 İndi də Paşinyanın Qarabağda əsgərlikdə olan oğlunun  atasına yeməkdən narazılıq etməsi xəbəri ilə artıq Ermənistan ordusunun dağıldığına inanıb başımızın altına təzə yastıq qoymayaq;  ermənilərin 1988-ci ildə dedikləri “biz ac qalacağıq, ancaq Qarabağı azad edəcəyik” devizi yadımızdan çıxmasın...
*** 
ABŞ-a, Avropaya  xoş görünmək məqsədi ilə özümüz-özümüzü və xalqı aldatmayaq: transmilli sələmçi, super dələduz güclərin yönəltdiyi qloballaşma prosesi əksər xalqlar kimi Azərbaycanın da milli-mənəvi, dini dəyərlərinin birbaşa məhvinə yönəlib...
*** 
Yüksək vəzifəlilərin iş başında olarkən korrupsiya ilə məşğul olub var-dövlətlərinin, mülklərinin  niyə bu qədər artmasına imkan verilir ki, onlar vəzifədən gedəndən sonra da hörmətli deputat  Fəzail Ağamalı əziyyət çəkib onların mülklərinin müsadirə olunmasını tələb etsin?..
*** 
Yalnız Abellərin adını tabellərimizdən silməklə işimizdə intizama, inkişafa nail ola bilməyəcəyik –rüşvəti, korrupsiyanı gündəlikdən silmək gərəkdir...
***
Cinçıxarma üsulu ilə bəzi məmurların canındakı  rüşvət, korrupsiya, özbaşınalıq cinlərini də çıxarmaq olarmı, görəsən – yazıqdırlar bir də əziyyət çəkib zindanda yatmasınlar...
*** 
Şəhid ailələrinə çatacaq vəsaitləri, o cümlədən qanpullarını idarə qapılarında çək-çevir, minnət-sünnət, əziyyətlə yox, aparıb öz qapılarında baş əyərək əllərindən öpüb vermək gərəkdir... 
***
Son vaxtlar bankların və  bank olmayan kredit təşkilarının iflasa uğraması haqda xəbərlər yayılır: insanlara kütləvi şəkildə kredit, yəni Allahın yasaq etdiyi sələm verən təşkilatlar nəinki özlərini, bütün dünyanı, o cümlədən Azərbaycanı da iflasa, uçuruma sürükləyir - çoxları bunu yalnız o dünyada anlayacaq...

Sultan Laçın  
Tarix: 23-11-2018, 20:52
Xəbəri paylaş





Xəbər lenti