"Ötən il insan nəcisinin tullantıları verilən göl sazanları aşkarladıq" - RƏZALƏT...

 Bir neçə gündür ki, cəmiyyətdə sazan balıqlarının fərqli qiymətlərə satılması insanlar tərəfindən müzakirələrə səbəb olub. Bildirilir ki, süni şəkildə yetişdirilən sazan balıqlarını Naxçıvandan gətirilən sazan balıqları adı altında əhaliyə satırlar. 

Azad İstehlakçılar Birliyin sədri Eyyub Hüseynov Moderator.az-a açıqlamasında bildirdi ki, balıqlarla bağlı problem neçə illərdir ki, müzakirə olunsa da, müvafiq qurumlar bununla bağlı tədbir görmək niyyətində deyil:

“Neçə ildir sazan balıqlarının süni yolla yetişdirilməsi məsələsi müzakirə olunur. Əhali Naxçıvandan gətirilən sazan balığına üstünlük verir, çünki bu sazanlar Araz çayından tutulur, şirin su balığıdır. Sazanın dənizdən tutulanı da var və bunlar da normal balıq hesab olunur. Ən problemli sazanlar isə baytarların əli çatan və onlara dərman verilən balıqlardır. Ötən il tərəfimizdən Sabirabad rayonunda insan nəcisinin tullantıları verilən göl sazanları aşkarlandı. Baytarların əli çatan hər bir şey qorxuludur. Bu balıqların qiyməti də ucuzdur. Bir çox hallarda Naxçıvan sazanı adı altında belə balıqları sataraq əhalini aldatmağa da çalışırlar”. 


E.Hüseynov müvafiq qurumların bu problemi həll etmələrinin vacibliyini vurğulayıb:

“Çox təəssüflər olsun ki, ölkədə  malların sertifikatı deyilən bir anlayış yoxdur. 2009-cu ildən istehlakçı hüquqlarını qoruyan Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət qurumu səmərəsiz fəaliyyət göstərir. On ilə yaxındır ki, onların bu cür fəaliyyətləri nəticəsində harda, necə gəldi balıq satırlar. Hesab edirəm ki, ən qısa zamanda Qida Təhlükəsizliyi Agentliyi bu məsələləri həll etməlidir”.  

Vasif Əlihüseyn
Tarix: 25-11-2018, 14:29
Xəbəri paylaş





Xəbər lenti