Bu addımı Lotu Qulidən gözləyirdilər: Yeni “qanuni oğru” ortaya çıxdı: QADAĞA POZULDU


Bu addımı Lotu Qulidən gözləyirdilər: Yeni “qanuni oğru” ortaya çıxdı: QADAĞA POZULDU 

Kriminal aləmdə son 4 ildə ilk dəfə "qanuni oğru" ortaya çıxıb.

Cebhe.info xəbər verir ki, onun "taclandırılması" Kiprdə olub. Kriminal avtoritet Sosoya "qanuni oğru" titulu verilib. O, Gürcüstanın Qori şəhərindəndir. 40-dan artıq yaşı var, 15 il Fransa və İtaliyada yaşayıb. Milanda bir müddət kriminal "obşak"a nəzarət edib. 

Xatırladaq ki, 2014-cü ildən kriminal aləmdə "taclandırma" mərasimi keçirilməyib. Buna səbəb "Kürd Şakro" ləqəbli Şakro Molodoyun qadağası olub. 

Kürd Şakronun bu qadağasını poza biləcək şəxs kimi azərbaycanlı “oğru” Nadir Səlifovun (Lotu Quli) adı çəkilib. Lakin o da yeni “taclandırma” mərasimi təşkil etməyib.
İndi isə Sosoya status verilən "sxodka"nın təşəbbüskarı 62 yaşlı gürcü "oğru" Vajadır. 

Tarix: 28-11-2018, 14:46
Xəbəri paylaş





Xəbər lenti