Sürücü səhv protokol yazıldığını iddia edir O, protokolun ləğv olunmasını tələb edir - VİDEO

  


Sürücü səhv protokol yazıldığını iddia edir O, protokolun ləğv olunmasını tələb edir - VİDEO


Share            Bakı-Qazax magistralında hərəkətdə olan bir avtomobilə dayanma-durma qaydalarını pozduğuna görə protokol yazıblar. Halbuki, sürücü həmin yolda ümumiyyətlə avtomobili saxlamadığını iddia edir. Protokolda olan şəkillərdən də avtomobilin hərəkətdə olduğu görünür.
Hərəkətdə olan avtomobilə dayanma-durma qaydasını pozduğuna görə cərimə yazılıb.
Sürücü Azadxan Həsənov iddia edir ki, o həmin an dövlət qeydiyyat nişanı 32-BD-394 olan avtomobilini ümumiyyətlə saxlamayıb və magistral yolda hərəkətdə olub. Sürücüyə göndərilən protokolda təqdim edilən şəkillərdən də görünür ki, həmin şəkillər fərqli nöqtələrdə çəkilib, yəni avtomobil hərəkətdə olub.
Həmin an sürücü avtomobiliilə Bakı-Qazax avtomagistralında üzü Gəncə istiqamətində hərəkətdə olub.
Azadxan Həsənov cərimə protokolunun ləğv edilməsini istəyir.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirdi ki, həmin sürücü məsələ ilə bağlı idarəyə yazılı şəkildə müraciət etməlidir. Onun müraciəti qısa zamanda araşdırılacaq və nəticəsi barədə tədbir görüləcək.
Tarix: 1-12-2018, 21:17
Xəbəri paylaş





Xəbər lenti