Pensiyaçıdan qəribə etiraz: Artımı baş nazirə bağışladı -RUSİYADA


Pensiyaçıdan qəribə etiraz: Artımı baş nazirə bağışladı 

Rusiyanın Maqadan şəhərində əmək veteranı təqaüdünün az məbləğdə artırılmasına özünəməxsus formada etiraz edib. O, pensiyasına əlavə edilən artımı baş nazir Dmitri Medvedyevə bağışlayıb.

Cebhe.info yerli mətbuata istinadən bildirir ki, Vladimir Popov adlı bu şəxs məktub yazaraq yerli orqanlar vasitəsilə pensiyasına edilən 683 rubl artımın onun şəxsiyyətini alçatdığını bildirib.  Bu məblığin baş nazirin hesabına köçürülməsi üçün məktubla müraciət edib.

Öz məktubunda təqaüdçü yazıb ki, vəsait ona yerli büdcə tərəfindən ayrılıb, ancaq o qədər azdır ki, insan şəxsiyyətini alçatmaqdan başqa bir şey deyil.

Tarix: 6-12-2018, 15:14
Xəbəri paylaş





Xəbər lenti