"Bizim market"lər şəbəkəsinin sahibinin adı keçən iş- daha bir nəfər hakim qarşısında


Qızı və nəvəsi həbsdə olan qadına qarşı dələduzluq edən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən Qədir Sultanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Əliövsət Abasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası dekabrın 13-nə təyin edilib.

Xatırladaq ki, Qədir Sultanov sabiq hərbi qulluqçu, ehtiyatda olan polkovnik Sahib Şükürovla birgə dələduzluq etməkdə təqsirləndirilib.

Onlar İlqar Əliyevi işə düzəltmək adı ilə Xanımbacı İsmayılovanı isə həbsdə olan qızı və nəvəsini azadlığa çıxaracağı vədi ilə aldadıblar.

Sahib Şükürov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. O, ifadəsində pulun bir hissəsini Qədir Sultanova verdiyini deyirdi.

Zərərçəkmişlərdən Xanımbacı İsmayılovanın qızı Həcər Quliyeva və onun oğlu Sahib Quliyev 2016-cı ildə həbs edilib. Onlar "Bizim market" mağazalar şəbəkəsinin sahibi Rasim Salmanovun şikayəti əsasında tutulub. Onlar Salmanovun 4 milyondan artıq pulunu dələduzluqla ələ keçirməkdə ittiham olunub.

Bildirək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sahib Quliyev 11 il, anası Həcər Quliyeva isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Tarix: 6-12-2018, 15:59
Xəbəri paylaş





Xəbər lenti