“GÖZÜ ÇIXAN QARDAŞ”LAR VƏ MİRŞAHİNİN “DƏRS”İ !!!


“ARŞIN MALÇI”DAN, YENİ “ÖLÜLƏR”Ə QƏDƏR …

——————————

Sərdar ƏLİBƏYLİ

“Reket” redaktor

—————————–

Aqil ABBAS “TELEKANALLAR ƏXLAQSIZLIQ YAYIR…” – deyib. Düz də eliyib, amma…

…amma, bir qərinəni aşqın sürədir ki davam edən bu rəzalətin fərqinə indi varıbsa, elə  bir qərinədi ki, deputat kreslosunu tutan biri üçün, bu, heç də yaxşı göstərici deyil. Yox, əgər illərdən bəridir ki, olanları bilə-bilə, gah soğandan, gah sarımsaqdan,  gah da kartofdan danışmaqla baş girələyibsə, onda bu adamın işi bərəkallahlıqdı… Ya da düyməsinə basan kənar bir barmaq var demək …

Bu arada, imanımı yandırmaq istəməsəm də, deyirəm bəlkə çox hörmətli Aqil MÜƏLLİM Mirşahinin son çıxış(lar)ından qəzəblənib. Ya da, qəzəblənən biriləri düyməyə basıblar…

Belə də baxıram, elə buna da, ona da yazığım gəlir yaaa, o “Arşın Malçı” misalı, biriləri deyir oxu, o biriləri də deyir ki oxuma. Necə deyəllər, “yuxarıda bığ, aşağıda da saqqal”, oxuyullar bığ gedir, oxumullar saqqal…

Bığ-saqqal indi modda deyil, uşaqlar, boş verin onları, indi, urus demiş, “sluçis çto ne tak”, cibləri qırxmaq dəbdədi, odur eyyy, nə qədər gözü çıxan qardaşlarınız var, dərsə gecikməyin, fəna yapallar … Belə.

————————————————————————————-

P.S.

Aqil Abbasdan sərt tənqid:

“TELEVİZİYALAR ƏXLAQSIZLIQ YAYIR, ONLARI CƏZALANDIRMAQ LAZIMDIR”  

fab93f75-b1f9-41f4-af5b-51e8b74329d6

“Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət kanalı və İctimai Televiziya istisna olmaqla, televiziyaların fəaliyyətini mənfi qiymətləndirirəm. Azərbaycan televiziyalarında xalqı elə təqdim edirlər ki, düşünürsən, doğrudanmı yer üzündə belə bir millət yaşayır…”

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aqil Abbas deyib.

Deputat televiziyaların cəzalandırılmasını təklif edib: 

“Kimsə kiminsə başını qırxıb, qayınana gəlinlə dalaşıb və s. bütün müzakirələr bunlardır. Mətbuat Şurasının “qara siyahı”sı var, fəaliyyəti neqativ olan saytların adı ora daxil edilir, hətta hüquq-mühafizə orqanlarına müraciət olunur.

Milli Televiziya və Radio Şurasında da belə bir siyahı olmalıdır. Quruma səlahiyyət verilməlidir ki, televiziyaları cəzalandırsın, cərimə tətbiq etsin. Televiziyalar əxlaqsızlıq yayır. Deputat Gövhər Baxşəliyeva deyir ki, rus məktəbləri lazım deyil. Camaat uşağını rus məktəbinə qoyur ki, heç olmazsa Rusiya televiziyalarına baxa bilsinlər. Azərbaycan kanallarına baxıb nə öyrənəcəklər?”.

 

07.12.2018

 

Tarix: 9-12-2018, 21:44
Xəbəri paylaş





Xəbər lenti