Yağışın altında yaşamağa məcbur AİLƏ-UCARDA

              Ucar rayonu Lək kənd sakini Piriyev Samir Əlövsət oğlu tərəfindən redaksiyamıza müraciət daxil olmuşdur.Müraciəti olduğu kimi dərc edərək Ucar rayon rəhbərliyindən və rayonun imkanlı şəxslərindən məsələyə həssas yanaşmağı mətbuat işçiləri adından biz də xahiş edirik:

Bizim ailəyə məxsus Ucar rayonu Lək kəndində yerləşən ev bir həftə əvvəl uçub.Hazırda 3 azyaşlı uşaqla yağışın altında yaşamağa məcbur olmuşuq.Maddi imkanımız yoxdur ki, ev tikidirək.Yuyucu sexlərində işləyirdim, xəstələndiyi üçün hazırda işləmirəm.Ailəmizin vəziyəti gördüyünüz kimi çox-çox ağırdı.Yağışın altında yaşamağa məcbur olmuşuq.Atam rəhmətə gedib, anam Piriyeva Aytəkin Bəhrəm qızı 2-ci qrup gözdən əlildir.Onun aldığı 125 manat təqaüdün ümüdünə qalmışıq. Himayəmdə olan uşaqların böyüyünün 6 yaşı, ortancılın 5, kiçiyinin isə 1 yaşı var. Həyat yoldaşım azyaşlı uşaqlara baxdığı üçün işləmir.Artıq yağışın altında açıq havada yaşamaqdan azyaşlı uşaqlarım ciddi şəkildə xəstələniblər. Bizim yaşam tərzimizi gəlib gözləri ilə görən olsa dəhşətə gələr.
Ailəmiz xəstəlikdən məhv olmaq təhlükəsi ilə üz-üzədir. Aidiyyatı orqanlar kömək etmirlər.Baxmayaraq ki, bu barədə Ucar rayon rəhbərliyinə və kənd bələdiyyəsinə müraciətlər etmişik.Yan hasarı uçmuş bir otağın içində təhlükə altında yaşamaq çox qorxuludur.Həmin otaqda hər an uça bilər.Çıxılmaz vəziyyətdə qalmışıq.
Mərhəmətli, humanist insanlar sizdən xahiş edirəm sizə yalvarıram Allah xatirinə və 3 azyaşlı uşaqlarıma görə bizim ailəyə maddi köməklik göstərin ki, kiçik bir daxma tikib orda insan kimi yaşayaq ölməyək.
Əlaqə telefonu; (050) 751-60-16  Siam.az                            

Tarix: 10-12-2018, 08:20
Xəbəri paylaş





Xəbər lenti