"Cinayətdə əli olan hər bir vəzifəlinin 2 milyonluq mülklərinin siyahısı çıxacaq" - Səbuhi Abbasov


      
"Cinayətdə əli olan hər bir vəzifəlinin 2 milyonluq mülklərinin siyahısı çıxacaq" - Səbuhi Abbasov
Bu gün görünən dağa bələdçinin ehtiyac duyulmadığı məhz elə tanınmış jurnalist öz statusunda məlum edib. Belə ki, Səbuhi Abbasova qarşı qanunsuz olaraq atılan addım əslində özünü jurnalsit sayanların mənəviyatına toxunacaq əməldir. Binəqədi məhkəməsi, hakim Almaz Süleymanova bu cür qanunsuz əmələ imza atması heçdə cəmiyyət tərəfindən bir mənalı qarşılanmadığı kimi məhz Səbuhi Abbasov tərəfindəndə birmənalı qarşılanmayıb. Hakiminin qanunsuzluğa yol verməsi jurnalisti daha da dərin araşdırmalara yönəldib. Etdiyi çıxışından da göründüyü qədər çoxda dayaz olmayan bilgilər əldə edib. Və bu bilgiləri tez bir zamanda ictimailəşdirəcəyini qeyd edən jurnalist heçdə bu sözlərinin zarafat timsalında işlətmədiyidə aydın şəkildə bilinməkdədir.

Səbuhi abbasovun sosial şəbəkədə paylaşdığı statusu olduğu kimi təqdim edirik:

"Deməli cənub bölgəsindən bir şikayətçi var idi, deyirdi Masallı icra başçısının qadın müavini Qafarova Aybəniz başına oyun açır. Şikayəti dərc etdik, sonra o şikayətçinin başına açılan oyun daha da dərinləşdi. Qadın müavin həm Masallı polisi, həm də Binəqədi polisində çalışan qardaşı vasitəsi ilə adamın ailəsinin başına oyun açdı. Nəsə, adam dedi hər şey qaydasındadı, xahiş edirəm şikayətimi sil, yoxsa bizi məhv edəcək. Qərar onundur, mən də şikayətçinin dediklərini yenidən redaktə etdim. Müavin onu "rahatlayandan" sonra məndən xəbərsiz məni məhkəməyə verib, Binəqədi məhkəməsi, hakim Almaz Süleymanova da mənə bildiriş, məktub göndərmədən, iştirakım olmadan məhkəmə edib, qətnamə qəbul edib, 2000 manat cərimələyib falan. Hər 2sinin qadın olması yəqin işləri asanlaşdırıb, amma elədikləri özbaşınalığın fərqinə varmayıblar. Başçının müavininin rayondakı əməlləri, mülkləri, qardaşının Binəqədi polisindəki vorzakonluqları, hakim Almaz Süleymanovanın mənə bildiriş atmadan, dəvət etmədən necə, hansı marağa görə belə qərar çıxarmasını detallarını tez bir zamanda açıqlayacam.

P.S. Deməli adamlar məhkəməni 13 noyabrda ediblər, düz bir ay gözləyib qərarı 13 dekabrda, bu gün mənə yönəldiblər. Özlərində fikirləşiblər ki, 1 ay keçsin ki, adam qərardan şikayət verməsin. Nəisə 2000 manat mənə kəsilən cəriməyə görə bu cinayətdə əli olan hər bir vəzifəlinin 2 milyonluq mülklərinin siyahısı çıxacaq, onların öz vəzifələrindən sui istifadə edərək hansı qanunsuzluqları etdiklərini bütün ölkə biləcək. Belə məmurları vəzifədən atmaq yox, sadəcə küçədə, işıqfordan asmaq lazımdır, vəssalam!"
bakunews.az



Tarix: 14-12-2018, 08:36
Xəbəri paylaş





Xəbər lenti