Xətainin sabiq İH başçısının inşaatçı əmisi oğlu məhkəmə önündə - həbsdədir


Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı Razim Məmmədovun əmisi oğlu bu gün məhkəmə önünə çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Xalid Məmmədovun məhkəməsi başlayıb.

Xalid Məmmədov həbs edilənə qədər Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini işləyib.

Bu gün Xalid Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb. Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası dekabrın 20-nə təyin edilib.

Xalid Məmmədov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, o, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib. Xalid Məmmədov Xətai rayonunda bir sıra qanunsuz tikililərə görə və rüşvət almada təqsirli bilinir.

Bildirək ki, Xalid Məmmədov icra başçısı olmuş Razim Məmmədovun göstərişi ilə rayon ərazisində aparılan tikintilərə nəzarət edirmiş.

Tarix: 14-12-2018, 14:14
Xəbəri paylaş





Xəbər lenti