“Adamı abırsız bir vəziyyətə salırlar” - deputat


“Adamı abırsız bir vəziyyətə salırlar”
Deputat Tahir Kərimli parlamentin bu gün plenar iclasında dövlət məmurlarının və deputatların Kütləvi İnformasiya Vasitələrində təhqir hədəfinə çevrilməsindən danışıb.

“Qafqazinfo” xəbər verir ki, o, əvvəlcə bu məsələni tənzimləmək üçün “Mətbuat Şurası haqqında” qanunun qəbul olunmasını zəruri sayır: “Onların yeri gələndə cəzalandırıması məsələsinə baxılmalıdıır. Eyni zamanda bu məsələ “Teleradio Şurası haqqında” qanuna da aiddir. Heç biz görmürük bir neçə günlüyünə də olsun hansısa televiziya verilişi dayandırılsın. Bizdə ciddi jurnalistlər var. Uzun müddət tanıdıqlarım da var. Onlar işlərinə vicdanla yanaşırlar.

Axşam Azərbaycan televiziyasında bizim komitə sədrlərindən biri feysbuk şəbəkəsindəki iyrəncliklərindən haqlı olaraq bəhs etdi. Sanki bizim mətbuat, sosial şəbəkələr uşaqlarımızın şəxsiyyətini uşaqlıqdan öldürməklə məşğuldurlar. Bunlar azmış kimi dövlətin parlamentini gözdən salırlar. Sosial şəbəkələrə informasiya yemi lazımdır. Sözləri dəyişirlər, kontekstdən çıxarırlar, ağızlarına gələni deyirlər. İstənilən səviyyədə dövlət məmurunu təhqir edirlər. Ona görə də qanunda bu məsələyə baxmaq lazımdır. Adamı abırsız bir vəziyyətə salırlar. Ailə tərbiyəsi görmüşük. 50-60 il yaşamışıq. Uşaqlıqdan bizi valideynlərimizin küçəyə buraxmayıb ki, o sözləri eşidək. Bizi açıq təhqir edirlər, biabır edirlər. Hər birimizin təhqir olunması parlamentin nüfuzunun aşağı salınması deməkdir. Əli Həsənov da öz müsahibəsinə bu məsələyə toxunub. Spikerin hətta Əhliman Əmuiraslanova dediyi “deyəsən, dərmanın dozası yüksək oldu” fikrini də çevirib mənə qarşı deyirlər. Deyirlər ki, “Tahir Kərimli damarının dozası yüksək oldu”. Heç mən siqaret də çəkmirəm, bu nə sözdü mənə deyirlər”.

Buna cavabında Oqtay Əsədov qeyd edib ki, bəzən iclaslarda çıxış edən deputatların fikirlərini kontrekstdən çıxarıb yayırlar. “Xahiş edirəm ki, bu məsələdə diqqətli olun. Kontekstdən söz çıxarmaq lazım deyil”.
 
Tarix: 18-12-2018, 14:03
Xəbəri paylaş





Xəbər lenti